Jabra BIZ 2300 USB Mono & Duo qulaqlıq | Bakı

Jabra BIZ 2300 USB - çağrı mərkəzi (Call Center) qulaqlığı çərçivəsinin yüngül, erqonomik dizaynı, yumşaq qulaq yastıqları, tənzimlənən başlıq dəsti və mikrofonla birlikdə bütün gün rahatlığınızı təmin edəcək. Səs-küy ləğv edən mikrofonlar lazımsız səsləri azaldır və səs-küylü açıq ofislərdə istifadə üçün ideal şərait yaradır. Zəng nəzarəti funksiyasının köməyi ilə zəngləri idarə etmək çox asan olacaq. Jabra BIZ 2300 USB çağrı mərkəzi qulaqlığının tək və cüt qulaqlı (Mono və Duo) variantları mövcuddur.

Jabra BIZ 2300 USB Çağrı Mərkəzi (Call Center) qulaqlığının Bakıda satış və qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.


Üstünlükləri və texniki xüsusiyyətləri:

  • Səs-küyü tənzimləyici
  • 360 dərəcə fırlana bilən mikrofon
  • HD Voice texnologiyası
  • Kevlar markalı zirehli kabel
  • PEAKSTOP ™ qoruma texnologiyası (Yüksək səslərdən qoruma)
  • Zəng nəzarəti funksiyasının köməyi ilə asan idarəetmə
  • Hi-Fi səsli musiqi