Dinstar

Dinstar Technologies Co. şirkəti 2011-ci ildə yaradılıb və əsas fəaliyyət istiqaməti Yeni Nəsil Rabitə (Next Generation Communication) və Şəbəkə avadanlıqlarının layihələndirilməsi və istehsalıdır. Dinstarın məhsul portfelinə IP-Telefonlar, FXS, FXO, ISDN PRI, Analoq GSM Şlüzlar, Session Border Controller, SIMCLOUD, IP-ATS və sair bu kimi geniş çeşidli VoIP məhsullar daxildir. Artan innovativ imkanlar, yüksək qiymət/keyfiyyət mütənasibliyi və fərdi OEM/ODM xidmət səbəbindən Dinstar şirkətinin VoIP məhsulları telekommunikasiya operatorları və sistem inteqratorlar tərəfindən tanınır və geniş istifadə olunur. Dinstarın Azərbaycan Respublikası ərazisində rəsmi Distribyutoru və Təmsilçisi ZETRON TELEKOM şirkətidir. Biz bütün Dinstar avadanlıqlarının rəsmi satışını, quraşdırılmasını və servisini həyata keçiririk.