Yealink SIP-T19 E2

IP Telefon Yealink SIP-T19  - kiçik və orta biznes üçün yeni ekanom sinif  IP telefondur. Bu İP telefon Yealink ənənəsinə sadiq qalaraq, özündə  qabaqcıl texnoloji həlləri, yüksək keyfiyyətli istehsalı və gözəl görkəmi birləşdirir. IP telefon Yealink SIP -T19 öz  sələfi Yealink SİP -T18  -in bütün üstünlüklərini  saxlamaqla, ondan daha yüksək performansı və yaxşılaşdırılmış tekniki xarakteristikaları ilə fərqlənir.

Yealink SIP-T19 IP telefonunu  Baki da  almaq və ya quraşdırılma, qiyməti, servis, satis şərtləri ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz. 

IP Telefonun xarakteristikaları:

  • 1 SIP akkaunt
  • İntelektual axtarışa malik IP telefon kitabçası (1000 sətir), telefon kitabçasının importexport edilməsi, məsafədən telefon kitabçası (XML), qara siyahı, zənglərin tarixçəsi (1000 sətir), rahat və sürətli yığım, nömrə yığım qaydaları
  • Klaviaturanın bloklaşdırılması, səsin idarə olunması, zəng üçün melodiya seçimi
  • Zəngin xəttə saxlanmsı və gözlədilməsi (call hold), zəngin yönləndirilməsi (call forwarding) və transfer edilməsi (call transfer), DND rejimi, konfrans əlaqə, zəngin zəbt edilməsi (call pickup), interkom zəng (o cümlədən qrupa interkom zəng: Paging), qaynar xətt, avtomatik cavablandırma, təcili zəng, avtomatik yığım rejimi
  • Səsli mesaj
  • Telefonun klaviaturadan, məsafədən və Web-interfeysdən idarə olunması və sazlanması
  • Autoprovision (TFTP/FTP/HTTP/HTTPS/PNP/DHCP) funksiyası vasitəsi ilə, telefonun vahid mərkəzdən köklənməsi, sazlanması, konfiqurasiyanın və proqram təminatının yenilənməsi
  • SNMP v1/2 və TR069 (şərti) protokollarının dəstəyi
  • Yealink RPS (Redirection and Provisioning Service) servisinin dəstəyi
  • BroadSoft, Genesys və sair platformalar üçün xüsusi imkanlar

Şəbəkə xarakteristikaları:

  • SIP 2.0 (RFC3261) protokolunun dəstəyi
  • Transport: UDP, TCP, TLS, DNS SRV
  • NAT transverse dəstəyi: STUN rejimi
  • Zəng rejimi: Peer-to-Peer, SIP Proxy
  • Şəbəkə ilə 3 növ iş rejimi: DHCP/statik IP-adres/PPPoE
  • 802.1x, LLDP dəstəyi
  • VLAN (IEEE 802.1p/q tagging), TOS (layer 3) dəstəyi
  • in-band DTMF, out-of band RFC2833 DTMF və SIP INFO dəstəyi
  • Şifrələmə və identifikasiya (MD5 и MD5-sess) standartlarının dəstəyi
  • SRTP dəstəyi
  • HTTPS klient/server

Səs xarakteristikaları:

  • 50Hs -dən 7kHs  qədər səs diapazonu
  • Standart  G.711, G.726, G.729AB, G.723.1 kodeklərinin dəstəyi
  • VAD (səsin aktivliyinin müəyyənləşdirilməsi), CNG (rahat küy qeneratoru), AEC (exonun ləğv edilməsi), NLP (əks sədanın ləğv edilməsi), AGC (mikrafonun həssaslığının avtomatik idarə olunması), AJB (səs paketləri üçün adaptiv bufer)

Fiziki xarakteristikaları:

  • 2,3” LCD 132х64 pikselli, işıqlandırılmayan  ekran
  • 2 RJ45 port, Bridge və NAT rejimləri
  • RJ9 (4P4C) formatlı qarnitura üçün port
  • Cərəyan adapteri: DC 5V/0,6A
  • Sərfiyyat : 1.24-2,62Vt
  • Ölçüləri: 185x188x43mm
  • İşçi tempratur: 0°~50°
  • Divara montaj etmək imkanı
  • 4 kontentdən asılı dinamik proqramlaşdırılan XML düymə
  • 5 ədəd yenidən proqramlaşdıma imkanı olan naviqasiya düyməsi
  • Səsi idarə edən düymələr
  • 6 funksional düymə: səsli mesajlar giriş, nömrənin təkrar yığılması, qarnitura, uca səslə əlaqə, zəngin transfer edilməsi, səsin söndürülməsi