Server otaqlarının qurulması

Server otaqlarının qurulmasıServer otaqları - İT sistemi təşkil edən bütün avadanlıqların və sistemin ürəyi sayılan serverlərin təhlükəsiz, etibarlı  və fasiləsiz fəaliyyətini təmin etmək üçün istifadə olunur.

Biz server otaqlarının hazırlanmsı prosesində EIA/TIA-569-B standartından istifadə edirik. Bu standarta əsasən server otağında optimal mühitin yaradılması üçün aşağıdakı göstəricilər nəzərə alınmalıdır:

  • Otaqdakı havanın tempraturu (180C – 240C)
  • Havanın nisbi rütubətliliyi (30% - 55%)
  • Tozun miqdarı (10-6 q/m3)
  • Elektromaqnit dalğalarının təsiri (>3 V/m)
  • İşıqlandırma səviyyəsi (540 lk)
  • Atmosfer təzyiqi ( 147 Pa )

Bundan başqa server otağındakı avadanlıqların fasiləsiz fəaliyyətini və təhlükəsizliyini təmin etmək üçün aşağıdakı avadanlıqları quraşdırmaq lazımdır:

1. Enerji sistemi

  • Generator
  • UPS
  • Paylayıcı qurğu

2. Mikro iqlim qurğuları

  • Kondensioner
  • Havalandırma sistemi
  • Mikroiqlimə nəzarət qurğusu

3. Təhlükəsizlik qurğuları

  • Girişə nəzarət qurğusu
  • Mühafizə xəbərdarlıq qurğusu (siqnalizasiya)
  • Yangın xəbərdarlıq qurğusu
  • Video müşahidə qurğusu (kamera)
  • Avtomatik yanğın söndürmə sistemi