Yealink SIP-T46S

Yealink SIP-T46S -  ultra zərif biznes dizaynı, qabaqcıl texniki xarakteristikaları ilə fərqlənən və lazım olan kompleks funksiyalarla təchiz olunmuş, yeni nəsil korporativ telefondur. 4,3” düym diaqonallı, rəngli LCD ekran, bu telefonun istifadəsini daha rahat və xoş edir. Həmçinin USB port vasitəsi ilə simsiz qarnituranın qoşulması mümkündür. Proqramlaşdırılan düymələrin adları bilavasitə ekranda daxil edilir və istifadəçini telefonun korpusundakı kağız daşıyıcılardan və onları əllə doldurmaq məcburiyyətindən azad edir. Yealink SIP-T46G, şirkətlərin rəhbərlərinə, öz statusunun keşiyində duran və ümumiyyətlə keyfiyyətə və zərif görkəmə üstünlük verən bütün iş adamları üçün ideal telefondur. Yealink SİP-T46S telefonu öz sələfi SİP-T46G modelindən aşağıdakı yeniliklərlə fərqlənir:

  • Avadanlığın texniki göstəriciləri artırılıb
  • Flash yaddaşın həcmi artırılıb

Yealink SIP-T46S məhsulunun Bakıda satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.

VoIP Telefonun funksiyaları

  • Müstəqil köklənən 16 SIP-akkaunt
  • Gözlətmə, mikrafonun söndürülməsi, DND (narahat etməyin)
  • Qaynar xətt, Cəld yığım
  • Yönləndirmə, gözləmə rejimi, transfer
  • Qrupa qulaq asma, SIP SMS
  • Nömrənin təkrar yığılması və avtomatik cavablandırma
  • 3 tərəfli konfrans
  • Melodiya seçimi/yükləmə/silmə
  • Saatın köklənməsi : avtomatik və mexaniki
  • Yığım qaydaları
  • XML-brauzer, Action URL/URI
  • RTCP-XR (RFC3611), VQ-RTCPXR (RFC6035)
  • Ekran üçün şəkillər
  • DSS düymələrin proqramlaşdırılması
  • BT40 Bluetooth və WF40 Wi-Fi modulun qoşulması üçün USB port

Kodeklər və səsin sazlanması

  • HD səs: HD dəstək, HD uca səsli mikrafon
  • Genişzolaqlı kodek: G.722
  • Kodeklər:  G.711 (A/u), G.723.1, G.729AB, G.726, ILBC, Opus (8 kHz və 16 kHz)
  • DTMF: In-band, Out-of-band(RFC2833), SIP INFO və Auto or SIP INFO
  • Full-duplex, AEC (echo cancellation)  uca səsli rabitə  
  • VAD (səs aktivliyinin təyini), CNG (rahat küy generatoru), AEC (echo cancellation), PLC , AJB (səs paketləri üçün adaptiv bufer), AGC (Mikrafonun həsaslığının avtomatik idarə olunması)

Qeydiyyat kitabçaları

  • 1000 nömrəlik qeydiyyat kitabçası
  • Qara siyahı
  • Kənar qeydiyyat kitabçası XML və LDAP
  • İntelektual axtarış
  • Qeydiyyat kitabçasında axtarış, lokal qeydiyyat kitabçasının import və eksportu
  • Çağırışların tarixçəsi: yığılanlar/qəbul edilənlər/cavablandırılmamış/yönləndirilmiş zənglər

İP ATS ilə inteqrasiya

  • BLF (abonentin vəziyyətinin monitorinqi), BLA
  • Anonim zəng, anonim zəngdən imtina
  • Hot-desking, operativ zəng
  • MWI
  • Music on hold
  • Səsli poçt, zəngin yerləşdirilməsi, zəngin zəbt edilməsi
  • Xatırlatma
  • Zənglərin mərkəzləşdirilmiş qeydiyyatı

Ekran və İndikatorlar

  • 480x272 icazəli, işıqlandırılmış, TFT 4.3" LCD-ekran
  • Rəng dərinliyi 16bit
  • Elektrik qidasının LED-indikatoru və MWI
  • 2 rəngli işıq diodları ilə təchiz edilmiş və proqramlaşdırma imkanı olan account düymələri
  • Abonentin vəziyyətinin göstərilməsi (BLF)
  • Bir neçə dil dəstəyi
  • Ekran üçün şəkil dəstəyi
  • Adlı və nömrəli Caller ID funksiyası
  • Enerjiyə qənaət rejimi

Funksional düymələr

  • 10 ədəd 2 rəngli işıq diodları ilə təchiz edilmiş və proqramlaşdırma imkanı olan düymə (ekranın 3 səhifəsində  27 müxtəlif təyinatlı düymə)
  • İngilis hərflərindən ibarət klaviatura
  • Proqramlaşdırma imkanı olan 6 naviqasiya düyməsi
  • 4 ədəd dinamik proqramlaşdırılan  XML-düymə
  • Səsin ucalığını idarə edən düymələr
  • 3 ədəd yenidən proqramlaşdırma imkanı olan funksional düymə: Konfrans, gözlətmə, transfer, mikrafonun söndürülməsi
  • 3 ədəd yenidən proqramlaşdırma imkanı olmayan düymə: nömrənin təkrar yığılması (redial), səsli məktubun oxunması və qarnitura
  • 2 ədəd işıq diodları ilə təchiz edimiş funksional düymə :  mikrafonun söndürülməsi və qarnitura

Fiziki xarakteristikaları

  • Dəyişdirilə bilən əyilmə bucağı (2 vəziyyət)
  • Divara bərkitmə imkanı
  • Qida bloku: Giriş 100-240V~50/60Hrs, Çıxış 5V, 2А (qida bloku komplektə daxil deyil)
  • Güc təlabatı: 1.92 – 4.93Vt
  • PoE ilə güc təlabatı: 2.68 – 7.57Vt
  • Rəngi: qara
  • İşçi rütubət: 10~95%
  • İşçi tempratur: -10~50˚C

İnterfeysləri

  • 2хRJ45 Ethernet port 10/100/1000Mbit/s
  • 1хRJ9 dəstək qoşmaq üçün
  • 1хRJ9 qarnitur qoşmaq üçün
  • PoE (IEEE 802.3af) Class 2  
  • 1xUSB 2.0 port
  • 1xRJ12 EHS36 simsiz qarnitur və 6 ədəd EXP40 (DSS, əlavə düymə paneli) qoşmaq üçün 

İdarəetmə

  • Telefonun köklənməsi: veb interfeys/telefonun ekranı/Autoprovision
  • FTP/TFTP/HTTP/HTTPS/PnP Autoprovision
  • Zero-sp-touch, TR069
  • Klaviaturanın bloklanması
  • Reset, yenidən yüklənmə (restart)
  • Loqlar: PCAP Trace, system log
  • Veb interfeysə 3 səviyyəli giriş imkanı: admin/user/VAR

Şəbəkə xarakteristikaları və təhlükəsizlik

  • SIPv1 (RFC2543), SIPv2 (RFC3261)
  • Rezerv SIP server seçmək imkanı
  • STUN server dəstəyi
  • Zəng növləri: Proxy və peer-to-peer (IP-ünvana görə)
  • Şəbəkə ilə iş rejimi: Statik/DHCP/PPPoE
  • HTTP/HTTPS-server
  • NTP vasitəsi ilə saatın və tarixin sinxronlaşdırılması
  • UDP/TCP/DNS-SRV(RFC3263)
  • QoS: 802.1p/Q tagging(VLAN), Layer 3 ToS DSCP
  • OpenVPN 
  • TLS 
  • HTTPS-sertifikatların idarə edilməsi
  • Konfiqurasiya fayllarının AES şifrələnməsi
  • İdentifikasiya və şifrələmə standartlarının dəstəyi (MD5 и MD5-sess)
  • IEEE802.1X dəstəyi
  • IPv6 dəstəyi
  • SRTP