Yealink SIP-T53 IP-Telefon

Yealink SIP-T53 - 3.7" düymlük informativ ekranla təchiz edilmiş, konfortlu dizayna malik, istifadəsi olduqca asan olan, rəhbər isçilər üçün istehsal edilmiş multimedia IP-Telefondur. Yealink SIP-T53 IP-Telefonu Yealink SIP-T53W IP-Telefonundan fərqli olaraq daxili Bluetooth və WiFi modulla təchiz edilməyib. Lakin bu imkanları Yealink WF40/WF50 WiFi və Yealink BT40 Bluetooth modullarını istifadə edərək aktivləşdirmək mümkündür. Bu Telefon USB 2.0 və Gigabit Ethernet portla təchiz edilib.

Yealink DD10K DECT modulunu isitfadə edərək telefona 4 ədəd Yealink W52H/W53H/W56H model DECT trubka qoşmaq mümkündür. Həmçinin telefonun USB portuna danışıqları yazmaq üçün yaddaş qurğusu və ya Yealink EXP50 DSS konsol qoşmaq olar. Kənar Yealink BT40 Bluetooth modul (komplektə daxil deyil) telefona simsiz qarnitur (nauşnik) qoşmağa və mobil telefonla sinxronizasiya etməyə imkan verir. Yealink SIP-T53 Media İP-Telefonu PoE vasitəsi ilə qidalanmanı dəstəkləyir.

Yealink SIP-T53 İP-Telefonunun Bakıda satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.


Telefonun funksiyaları

  • Müstəqil köklənən 12 SIP-akkaunt
  • Gözlətmə, mikrafonun söndürülməsi, DND (narahat etməyin)
  • Qaynar xətt, Cəld yığım
  • Yönləndirmə, gözləmə rejimi, transfer
  • Qrupa qulaq asma, SIP SMS
  • 3 tərəfli audi konfrans
  • SIP-Proxy olmadan birbaşa İP-zəng imkanı
  • Melodiya seçimi/yükləmə/silmə
  • Saatın köklənməsi : avtomatik və mexaniki
  • Yığım qaydaları
  • XML-brauzer, Action URL/URI
  • RTCP-XR, VQ-RTCPXR
  • Daxili USB-port: simli və simsiz USB qarniturun qoşulması, danışıqların USB yaddaşa yazılması, 3 ədəd EXP50 DSS konsolun qoşulması, Yealink WF40/WF50 modulu istifadə edərək WiFi şəbəkəyə qoşulmaq, Yealink BT40 Bluetooth modulun qoşulması, Yealink DD10K DECT modulu ilə 4 ədəd Yealink W52H/W53H/W56H model DECT trubka qoşulması üçün istifadə oluna bilər.
  • Yealink VCD istifadə edərək məzmunu (kontenti) ötürmək imkanı 
  • İstifadəçi üçün DSS düymələr

Ekran və İndikatorlar

  • 360х160 icazəli, 3.7” düym ölçülü qrafik LCD-ekran.
  • Gələn zəngin LED-indikatoru və MWI
  • Bir neçə dil dəstəyi
  • Enerjiyə qənaət
  • Ekran üçün şəkillər
  • Asan istifadəçi interfeysi
  • Adlı və nömrəli Caller ID funksiyası

Funksional düymələr

  • Yalnız İngilis dilli klaviatura
  • 8 ədəd indikatorlu və proramlaşdırıla bilən xətt düyməsi (ekranın 3 səhifəsində 21 nömrə və yaxud funksiya təyin etmək imkanı var)
  • 6 naviqasiya düyməsi
  • 4 ədəd kontekstə həssas düymə 
  • Səsin ucalığını idarə edən düymələr
  • 5 ədəd funksional düymə: qarnitura, təkrar yığım, uca səsli rabitə, səsli mesajların oxunması,  mikrafonun söndürülməsi/yandırılması 

Kodeklər və səsin sazlanması

  • HD səs: HD dəstək, HD uca səsli mikrafon
  • Ətraf küyləri boğan Acoustic Shield texnologiyası
  • Genişzolaqlı kodek: G.722, Opus (16kHz)
  • Kodeklər:  G.711 (A/u), G.723.1, G.729AB, G.726, iLBC, Opus (8kHz)
  • DTMF: In-band, Out-of-band(RFC2833), SIP INFO və Auto or SIP INFO
  • Full-duplex, AEC (echo cancellation)  uca səsli rabitə  
  • VAD (səs aktivliyinin təyini), CNG (rahat küy generatoru), AEC (echo cancellation), PLC , AJB (səs paketləri üçün adaptiv bufer), AGC (Mikrafonun həsaslığının avtomatik idarə olunması) 

Qeydiyyat kitabçaları

  • 1000 nömrəlik qeydiyyat kitabçası
  • Qara siyahı
  • Kənar qeydiyyat kitabçası XML və LDAP
  • İntelektual axtarış
  • Qeydiyyat kitabçasında axtarış, lokal qeydiyyat kitabçasının import və eksportu
  • Çağırışların tarixçəsi: yığılanlar/qəbul edilənlər/cavablandırılmamış/yönləndirilmiş zənglər/

İP ATS ilə inteqrasiya

  • BLF (abonentin vəziyyətinin monitorinqi), BLA
  • Anonim zəng, anonim zəngdən imtina
  • Hot-desking, operativ zəng, interkom, paging, music on hold, xatırlatma
  • MWI, Xatırlatma, danışığın yazılması
  • Səsli poçt, zəngin yerləşdirilməsi, zəngin zəbt edilməsi

İdarəetmə

  • Telefonun köklənməsi: veb interfeys/telefonun ekranı/Autoprovision
  • FTP/TFTP/HTTP/HTTPS/PnP Autoprovision
  • Zero-sp-touch, TR069
  • Klaviaturanın bloklanması
  • Broadsoft avadanlığı ilə idarəetmə
  • Reset, yenidən yüklənmə (restart)
  • Loqlar: PCAP Trace, system log

Şəbəkə xarakteristikaları və təhlükəsizlik

  • SIPv1 (RFC2543), SIPv2 (RFC3261)
  • Rezerv SİP server seçmək imkanı
  • NAT, STUN
  • Zəng növləri: Proxy və peer-to-peer (IP-ünvana görə)
  • Şəbəkə ilə iş rejimi: Statik/DHCP/PPPoE
  • HTTP/HTTPS-server
  • NTP vasitəsi ilə saatın və tarixin sinxronlaşdırılması
  • UDP/TCP/DNS-SRV(RFC3263)
  • QoS: 802.1p/Q tagging(VLAN), Layer 3 ToS DSCP
  • OpenVPN 
  • TLS 
  • HTTPS-sertifikatların idarə edilməsi
  • Konfiqurasiya fayllarının AES şifrələnməsi
  • İdentifikasiya və şifrələmə standartlarının dəstəyi (MD5 и MD5-sess)
  • IEEE802.1X dəstəyi
  • IPv6 dəstəyi
  • SRTP
  • LLDP/CDP/DHCP VLAN
  • İCE 

Fiziki xarakteristikaları

  • Divara montaj imkanı
  • 2хRJ45 Ethernet port 10/100/1000Mbit/s
  • POE (IEEE 802.3af), class 2
  • Kilid üçün yuva
  • 1xUSB 2.0 port
  • 1хRJ9(4P4C) dəstək qoşmaq üçün
  • 1хRJ9(4P4C) qarnitur qoşmaq üçün
  • Qida bloku: Giriş 100-240V~50/60Hrs, Çıxış DC 5V, 2А
  • İşçi rütubət: 10~95%
  • İşçi tempratur: -10~40˚C
  • Ölçüləri: 212mm*210.6mm*174.5mm*41.7mm