Yealink

Yealink Logo

Yealink - Unified Communication (UC, birləşmiş kommunikasiya) sistemləri üçün IP-Telefonlar, Konfrans Telefonlar, Video Konfrans Avadanlıqları, Video Telefonlar, VoIP Qulaqlıqlar istehsal edən və bu seqmentdə qlobal liderliyə malik şirkətdir. Yealink şirkətinin tam olaraq IP-kommunikasiya sistemlərinə köklənməsi səbəbindən onun məhsulları özünün yüksək keyfiyyəti, etibarlılığı, asan qurulması və sərfəli qiymətləri ilə seçilir. Bugün dünyanın 100-dən çox ölkəsində, müxtəlif biznes sahələrində fəaliyyət göstərən şirkətlər öz kommunikasiya şəbəkələrinin etibarlılığını, keyfiyyətini və erqonomikliyini artırmaq üçün Yealink məhsullarını seçirlər. Yealink - SIP telefonların istehsal həcminə görə dünyanın ən böyük ikinci , Çin bazarında isə birinci şirkətdir.

Zetron Telekom şirkəti 2012-ci ildən Yealink Network Technology şirkətinin Azərbaycan Respublikası ərazisində rəsmi Distribyutoru və Təmsilçisidir. 2016-cı ilin nəticələrinə görə Yealink  dünyanın TOP2 SIP telefon istehsalçısı siyahısina daxil olub, Azərbaycanda isə Yealink brendi SIP telefonların satış həcminə görə 1-ci yeri tutub.