Yealink VP530 | IP Video Telefon

Yealink VP530 – 4 müstəqil köklənən SIP akkountlu, 2 meqa pikselli, video zəngləri dəstəkləyən, multimedia IP telefondur.  7 düymlük, TouchScreen  funksiyalı, böyük rəngli LCD ekrana malikdir. Texas Instruments şirkətinə məxsus 2 nüvəli DaVinci mikrosxemi, video telefonun yüksək sürətli və rahat işini təmin edir. VP530  -un yüksək keyfiyyətli səsötürməsi və geniş səs diapazonlu dinamikləri, ünsiyyətin keyfiyyətini qat-qat artırır.

Bu modelin digər video telefonlardan  fərqləndirən əsas cəhət, onun öz imkanları vasitəsi ilə 3 tərəfli videokonfrans yaratmaq imkanıdır. Bu texniki üstünlük nəticəsində bir sıra layihələrdə videokonfrans serveri almağa ehtiyac qalmır və layihənin dəyəri dəfələrlə aşağı düşür.


Telefonun xarakteristikaları:

  • 4 müstəqil SIP akkaunt 
  • 18 proqramlaşdırılan, işıqlı indikasiyalı açarlara malik  ekran. Abonentin statusunun göstərilməsi  (BLF).
  • Zəng edənin şəklinin göstərilməsi
  • İntelektual axtarışa malik telefon kitabçası (1000 sətir), telefon kitabçasının import/export edilməsi, məsafədən telefon kitabçası (XML, LDAP), qara siyahı, zənglərin tarixçəsi (1000 sətir), rahat və sürətli yığım, nömrə yığım qaydaları.
  • Abonent qrupları ilə işləmək imkanı.
  • Klaviaturanın bloklaşdırılması, ekranda dəyişən loqotip, səsin idarə olunması, zəng üçün melodiya seçimi.
  • Zəngin xəttə saxlanmsı və gözlədilməsi (call hold), zəngin yönləndirilməsi (call forwarding) və transfer edilməsi (call transfer), DND rejimi, konfrans əlaqə, zəngin zəbt edilməsi (call pickup), interkom zəng (o cümlədən qrupa interkom zəng: Paging), qaynar xətt, avtomatik cavablandırma, təcili zəng, avtomatik yığım rejimi.
  • Səsli mesaj, SİP SMS.
  • Telefonun klaviaturadan, məsafədən və Web-interfeysdən idarə olunması və sazlanması
  • Autoprovision (TFTP/FTP/HTTP/HTTPS/PNP/DHCP) funksiyası vasitəsi ilə, telefonun vahid mərkəzdən köklənməsi, sazlanması, konfiqurasiyanın və proqram təminatının yenilənməsi.
  • SNMP v1/2 və TR069 (şərti) protokollarının dəstəyi, 
  • Yealink RPS (Redirection and Provisioning Service) servisinin dəstəyi,
  • BroadSoft, Genesys və sair platformalar üçün xüsusi imkanlar.
  • Ekran üçün foto\\\\video mövzu seçim imkanı (MOV formatında)

Videnun xarakteristikaları

  • Touch screen funksiyalı, rəngli  7\\\" TFT-LCD (800x480) ekran
  • 3 tərəfli videokonfrans yaratmaq imkanı
  • Video kodeklər: H.264, H.263 və MPEG4 (MP4V-ES).
  • Şəkil formatları: JPEG, GIF, PNG, BMP.
  • D1 (720x480)@30fps formataına qədər video
  • Video ötürmə formatı: CIF/QCIF.
  • Tələb olunan zolaq: 128kbps~1Mbps.
  • Video kadrların sayının idarə olunması: 10~30fps.
  • Adaptasiya olunan bufer.
  • İdarə olunan I-frame.
  • \\\"Şəkil içində şəkil\\\" rejimi
  • PAL/NTSC video çıxış
  • IP domofon və IP kameralarla uyğunluq

Səs xarakteristikaları:

  • HD formatında səs: Texas Instruments səs mikrosxemi; HD  dəstək və uca səsli əlaqə; G.722 HD kodek.
  • 50Hs -dən 70kHs  qədər səs diapazonu.
  • Genişzolaqlı G.722 kodekinin və standart  G.711, G.726, G. 729AB, G.723.1.   kodeklərinin dəstəyi.
  • VAD (səsin aktivliyinin müəyyənləşdirilməsi), CNG (rahat küy qeneratoru), AEC (подавление эха), NLP (əks sədanın ləğv edilməsi), AGC (mikrafonun həssaslığının avtomatik idarə olunması), AJB (səs paketləri üçün adaptiv bufer).

Şəbəkə xarakteristikaları

  • SIP 2.0 (RFC3261) protokolunun dəstəyi
  • Transport: UDP, TCP, TLS, DNS SRV.
  • NAT transverse dəstəyi: STUN rejimi.
  • Zəng rejimi: Peer-to-Peer, SIP Proxy.
  • Şəbəkə ilə 3 növ iş rejimi: DHCP/statik IP-adres/PPPoE.
  • OpenVPN dəstəyi 
  • 802.1x, LLDP dəstəyi.
  • VLAN (IEEE 802.1p/q tagging), TOS (layer 3) dəstəyi.
  • in-band DTMF, out-of band RFC2833 DTMF və SIP INFO dəstəyi.
  • Şifrələmə və identifikasiya (MD5 и MD5-sess) standartlarının dəstəyi
  • SRTP dəstəyi. 
  • HTTPS klient/server.

Fiziki xarakteristikaları

  • İki nüvəli Texas Instruments DaVinci mikrosxemi.
  • Touch screen funksiyalı, rəngli  7\\\" TFT-LCD (800x480) ekran
  • 2M meqapikselli (CMOS), dəyişən bucaqlı kamera
  • 128MB flash və 256MB DDR2 yaddaş.
  • 2 RJ45 (10/100M) port, körpü rejimi.
  • USB 2.0 port və SD kart üçün port
  • 2.5mm -lik qarnitura üçün port
  • A/V out: RCA sterio audio çıxış və kompazit video çıxış
  • Cərəyan adapteri: giriş: AC 100~240В,  çıxış: DC 5В/3A.
  • РоЕ (Power over Ethernet, 802.3af) Class 0.
  • Sərfiyyat : 4~10Vt.
  • Çəkisi: 1.2kq.
  • Ölçüləri: 286x89x45mm.
  • Rütubətlik: 10~95%.
  • Sxalama tempraturu: 60°C qədər.
  • Rəngi: qara.
  • 2 proqramlaşdırılan və işıq diodları ilə təchiz edilmiş xətt düyməsi.
  • 4 kontentdən asılı dinamik proqramlaşdırılan XML düymə.
  • 5 ədəd yenidən proqramlaşdıma imkanı olan naviqasiya düyməsi
  • Səsi idarə edən düymələr
  • 6 funksional düymə: səsli mesajlar giriş, nömrənin təkrar yığılması, qarnitura, uca səslə əlaqə, zəngin transfer edilməsi, səsin söndürülməsi

  1. VP530 – 1 шт.
  2. Адаптер питания:  вход: AC 100~240В, выход: DC 5В,3A – 1 шт.   
  3. Сетевой кабель (патчкорд) – 1 шт.
  4. CD – 1 шт.
  5. Инструкция по установке – 1 шт.
  6. Краткое руководство пользователя – 1 шт.
  7. Гарантийный талон – 1 шт.
  8. Промо-карты