Yealink VP59 IP Video Telefon

Yealink VP59 - rəhbər işçilər üçün istehsal edilmiş, özündə "video konfrans əlaqə" terminalının və IP Video telefonun bütün üstünlüklərini birləşdirən IP Video Telefondur. Yealink VP59 telefonu 3 tərəfli video, 5 tərəfli audio və ya qarışıq (3 video + 2 audio) konfrans dəstəkləyir. Bu telefonun HDMI portla təchiz edilməsi, onun sahibinə video konfransın yüksək keyfiyyətli görüntülərini daha böyük monitorda nümayiş etdirməyə imkan verir. 

Telefonun USB 2.0 portuna danışıqları yazmaq üçün yaddaş qurğusu, qarnitur (nauşnik) və ya Yealink DD10K DECT modulunu isitfadə edərək 4 ədəd Yealink W52H/W53H/W56H model DECT trubka qoşmaq mümkündür. Daxili  Bluetooth 4.0+ EDR modul telefona simsiz qarnitur (nauşnik) qoşmağa və mobil telefonla sinxronizasiya etməyə imkan verir. Yealink VP59 İP Video Telefonu PoE ilə qidalanmanı dəstəkləyir və simsiz WiFi şəbəkəyə qoşulmaq üçün daxili  WiFi modulla təchiz edilib.

Yealink VP59 IP Video Telefonunun Bakıda satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.


IP Video Telefonun funksiyaları

  • Müstəqil köklənən 16 SIP-akkaunt
  • Gözlətmə, mikrafonun söndürülməsi, DND (narahat etməyin)
  • Qaynar xətt, Cəld yığım
  • Yönləndirmə, gözləmə rejimi, transfer
  • Qrupa qulaq asma, SIP SMS
  • 3 tərəfli video konfrans
  • 5 tərəfli audio və ya qarışıq konfrans (3 video + 2 audio)
  • Kənar monitor qoşmaq üçün HDMİ port
  • Melodiya seçimi/yükləmə/silmə
  • Saatın köklənməsi : avtomatik və mexaniki
  • Yığım qaydaları
  • XML-brauzer, Action URL/URI
  • RTCP-XR (RFC3611), VQ-RTCPXR (RFC6035)
  • Ekran klaviaturası
  • Kamera qoşmaq üçün USB 3.0 port
  • Bluetooth, elektron poçt ilə məlumatların import və exportu
  • Yealink SDK (proqram təminatı hazırlamaq üçün dəst)
  • Doorphone özəllikləri: Monitorinq, qapının açılması, öncədən baxış
  • Daxili USB-port: simli və simsiz USB qarniturun qoşulması, danışıqların USB yaddaşa yazılması, Yealink DD10K DECT modulu ilə 4 ədəd Yealink W52H/W53H/W56H model DECT trubka qoşulması, zəngin bir toxunuşla DECT trubkaya yönləndirilməsi üçün istifadə oluna bilər
  • Daxili Bluetooth: Bluetooth-qarniturun qoşulması, mobil avadanlıqlarla sinxronizasiya və mobil kontaktların sinxronizasiyası üçün istifadə olunur.
  • Yealink VCD istifadə edərək məzmunu (kontenti) ötürmək imkanı
  • Daxili Wi-Fi (2.4QHz və 5QHz, 802.11a/b/g/n)

Kodeklər və səsin sazlanması

  • HD səs: HD dəstək, HD uca səsli mikrafon
  • Ətrafdakı küyləri ləğv edən Acoustic Shield texnologiyası
  • Genişzolaqlı kodek: G.722, Opus, G.722.1, G.722.1C
  • Kodeklər:  G.711 (A/u), G.723.1, G.729AB, G.726, G., iLBC
  • DTMF: In-band, Out-of-band(RFC2833), SIP INFO və Auto or SIP INFO
  • Full-duplex, AEC (echo cancellation)  uca səsli rabitə  
  • VAD (səs aktivliyinin təyini), CNG (rahat küy generatoru), AEC (echo cancellation), PLC , AJB (səs paketləri üçün adaptiv bufer), AGC (Mikrafonun həsaslığının avtomatik idarə olunması)

Video:

  • 1080p30fps Full-HD Video zəng.
  • Kodeklər: H.264 High Profile, H.264, H263, VP8
  • Pərdəli və işıq indikatorlu 2 MP kamera
  • Horizontal görmə sahəsi: 84°
  • Vertikal görmə sahəsi: 54°
  • Kamera görüntüsünü tez bir zamanda açmaq üçün düymə

Qeydiyyat kitabçaları

  • 1000 nömrəlik qeydiyyat kitabçası
  • Qara siyahı
  • Kənar qeydiyyat kitabçası XML və LDAP
  • İntelektual axtarış
  • Qeydiyyat kitabçasında axtarış, lokal qeydiyyat kitabçasının import və eksportu
  • Çağırışların tarixçəsi: yığılanlar/qəbul edilənlər/cavablandırılmamış/yönləndirilmiş zənglər/

İP ATS ilə inteqrasiya

  • BLF (abonentin vəziyyətinin monitorinqi), BLA
  • Anonim zəng, anonim zəngdən imtina
  • Hot-desking, operativ zəng
  • MWI
  • Music on hold
  • Səsli poçt, zəngin yerləşdirilməsi, zəngin zəbt edilməsi
  • İnterkom, paging, gözləmə rejimində müsiqi (Music on hold)
  • Xatırlatma
  • Zənglərin mərkəzləşdirilmiş qeydiyyatı

Ekran və İndikatorlar

  • 1280х800 icazəli IPS rəngli və sensorlu 8” LCD-ekran
  • Ekranın tənzimlənən əyilmə bucağı
  • 10 nöqtəlik Multi-touch
  • Ekran üçün şəkil və mövzular
  • Gələn zəngin LED-indikatoru və MWI
  • Bir neçə dil dəstəyi
  • Adlı və nömrəli Caller ID funksiyası
  • Enerjiyə qənaət rejimi

Funksional düymələr

  • İngilis dilli klaviatura
  • Ekranda 27 ədəd işıq diodları ilə təchiz edilmiş və proqramlaşdırma imkanı olan düymə. Abonentin statusunun göstərilməsi (BLF)
  • 8 ədəd funksional düymə: səsli məktubun oxunması, qarnitura, mikrafonun söndürülməsi, gözlətmə, transfer, video düyməsi, təkrar yığım, uca səsli rabitə
  • Səsin ucalığını idarə edən düymələr
  • İşıq diodlu düymələr: mikrafonun söndürülməsi, qarnitur, uca səsli rabitə

Fiziki xarakteristikaları

  • Ekranın tənzimlənın əyilmə bucağı
  • Kameranın tənzimlənən əyilmə bucağı
  • Divara bərkitmə imkanı
  • Wi-Fi (2.4QHz & 5QHz, 802.11a/b/g/n)
  • Bluetooth 4.0 + EDR
  • 2хRJ45 Ethernet port 10/100/1000Mbit/s
  • POE (IEEE 802.3af), class 3
  • 1 ədəd Kensington kilidi üçün slot
  • 1xHDMI-port (çıxış)
  • 1xUSB 2.0 port (korpusun arxasında)
  • 1xUSB 3.0 port (korpusun üst hissəsində, kamera üçün)
  • 1хRJ9(4P4C) dəstək qoşmaq üçün
  • 1хRJ9(4P4C) qarnitur qoşmaq üçün
  • Qida bloku: Giriş 100-240V~50/60Hrs, Çıxış DC 12V, 1А
  • Qida bloku ilə güc təlabatı: 6.24 – 9W
  • PoE ilə güc təlabatı: 7W - 10.2W
  • İşçi rütubət: 10~95%
  • İşçi tempratur: -10~40˚C

İdarəetmə

  • Android 7.1
  • Əvvəlcədən quraşdırılmış tətbiqlər: fayl menecer, Email, Kalendar, Kamera, Qalereya, Diktafon, Kalkulyator, Brauzer
  • Telefonun köklənməsi: veb interfeys/telefonun ekranı/Autoprovision
  • FTP/TFTP/HTTP/HTTPS/PnP Autoprovision
  • Zero-sp-touch, TR069
  • Klaviaturanın bloklanması
  • Reset, yenidən yüklənmə (restart)
  • Loqlar: PCAP Trace, system log
  • Veb interfeysə 3 səviyyəli giriş imkanı: admin/user/VAR

Şəbəkə xarakteristikaları və təhlükəsizlik

  • SIPv1 (RFC2543), SIPv2 (RFC3261)
  • Rezerv SİP server seçmək imkanı
  • NAT, STUN
  • Zəng növləri: Proxy və peer-to-peer (IP-ünvana görə)
  • Şəbəkə ilə iş rejimi: Statik/DHCP/PPPoE
  • HTTP/HTTPS-server
  • NTP vasitəsi ilə saatın və tarixin sinxronlaşdırılması
  • UDP/TCP/DNS-SRV(RFC3263)
  • QoS: 802.1p/Q tagging(VLAN), Layer 3 ToS DSCP
  • OpenVPN 
  • TLS 
  • HTTPS-sertifikatların idarə edilməsi
  • Konfiqurasiya fayllarının AES şifrələnməsi
  • ADB şifrələmə
  • İdentifikasiya və şifrələmə standartlarının dəstəyi (MD5 и MD5-sess)
  • IPv6 dəstəyi
  • SRRT