Yealink W52H

Yealink W52H - Yealink W60P, Yealink W56P, Yealink W53P, Yealink W52P DECT telefonları üçün əlavə trubkadır. Bu telefon 1.8 düym ölçülü və 128*160 icazəli rəngli ekranla təchiz edilib. Telefonun batareyası 10 saat danışıq və 100 saat gözləmə rejimi üçün hesablanıb. Bu trubkanı qapalı məkanda 20~50 metr məsafədə, açıq məkanda 300 metr məsafədə istifadə etmək mümkündür.

Yealink W52H DECT (simsiz) Telefonunun Bakıda satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.

Telefonun xarakteristikaları:

  • DECT CAT-iq2.0 protokolunu dəstəkləyir
  • 12 rəqəmsal, 5 naviqasiya, 2 proqramlaşdırılan, 6 funksional düymə
  • Zəng edənin şəklinin göstərilməsi
  • Telefon kitabçası: 100 sətir (trubkada), 500 sətir (bazada), telefon kitabçasının import / export edilməsi, məsafədən telefon kitabçası (XML), qara siyahı, zənglərin tarixçəsi (100 sətir), rahat və sürətli yığım, nömrə yığım qaydaları
  • Klaviaturanın bloklaşdırılması, ekranda dəyişən loqotip, səsin idarə olunması, zəng üçün melodiya seçimi
  • Zəngin xəttə saxlanmsı və gözlədilməsi (call hold), zəngin yönləndirilməsi (call forwarding) və transfer edilməsi (call transfer), DND rejimi, konfrans əlaqə, zəngin zəbt edilməsi (call pickup), interkom zəng (o cümlədən qrupa interkom zəng: Paging), qaynar xətt, avtomatik cavablandırma, təcili zəng, avtomatik yığım rejimi
  • Səsli mesaj, SİP SMS
  • Telefonun klaviaturadan, məsafədən və Web-interfeysdən idarə olunması və sazlanması
  • Autoprovision (TFTP/FTP/HTTP/HTTPS/PNP/DHCP) funksiyası vasitəsi ilə, telefonun vahid mərkəzdən köklənməsi, sazlanması, konfiqurasiyanın və proqram təminatının yenilənməsi

Səs xarakteristikaları:

  • HD formatında səs: HD dəstək və uca səsli əlaqə; G.722 HD kodek
  • 50Hs -dən 7kHs  qədər səs diapazonu
  • Genişzolaqlı G.722 kodekinin və standart  G.711, G.726, G. 729AB, G.723.1 kodeklərinin dəstəyi
  • VAD (səsin aktivliyinin müəyyənləşdirilməsi), CNG (rahat küy qeneratoru), AEC, NLP (əks sədanın ləğv edilməsi), AGC (mikrafonun həssaslığının avtomatik idarə olunması), AJB (səs paketləri üçün adaptiv bufer)

Fiziki xarakteristikaları:

  • Əhatə dairəsi: 50m qapalı məkanda, 300m bayırda
  • 10 saat danışıq müddəti, 100 saat gözləmə rejimi
  • Rəngli 1.8’’ LCD, 128x160 pikselli ekran
  • Enerjiyə qənaət rejimləri: ECO mode/ECO Mode+
  • 2.5mm -lik qarnitura üçün port
  • Ekranın və klaviaturanın işıqlandırılması
  • Qida cərəyanı: DC 5V / 600мA
  • Ölçüləri: 144mm x 50mm x 24mm
  • Bazanın ölçüləri: 153mm x 108mm x 45mm
  • Tempratur: 10 ~ +50°
  • Rütubət: 10 ~ 95%