Local kompüter şəbəkələrinin qurulması
Lokal kompüter şəbəkəsi (LKŞ) – informasiyanın ötürülməsini, qorunmasını, emalını təmin edən avadanlıq və proqram kompleksidir. Onun əsas təyinatı - korporativ məlumatın, avadanlıqların və proqram təminatının birgə istifadəsini təmin etməkdir.
ZETRON şirkəti öz peşəkar bilik və təcrübəsinə əsaslanraq, 3 tip Local Kompüter Şəbəkəsinin qurulması üzrə xidmətlərini təklif edir.
1.Kabel əsasında LKŞ
Kompüterlər arasında şəbəkə ilk olaraq kabel vasitəsi ilə quraşdırılmışdır. Bu üsuldan əsasən inzibati binanın daxilində LKŞ-in yaradılması üçün istifadə olunur. Kabel vasitəsi ilə
inzibati binadan maksimum 500 metr məsəfadə yerləşən obyeklər arasında da LKŞ qurmaq mümkündür. LKŞ qurmaq üçün CAT5, CAT6 və CAT7 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyalara aid kabellər bir-birindən informasiyanı ötürmə sürətinə, dəyərinə və istifadə olunan avadanlıqlara görə fərqlənirlər. Azərbaycan Respublikası ərazisində ən çox CAT5 və CAT6 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyadan olan kabellər əsasında qurulmuş LKŞ informasiyanın 100 Meqabit/saniyədən 1000 Meqabit/saniyəyədək sürətlə ötürülməsini təmin edir.
2.Sismsiz rabitə əsasında LKŞ (WI-FI, WI-MAX)
Simsiz rabitədən əsasən inzibati bina daxilində yerləşən az sayda kompüter və fərqli coğrafi məkanlarda yerləşən filiallar arasında lokal şəbəkənin yaradılması üçün istifadə olunur. Simsiz rabitə vasitəsi ilə inzibati binadan 60 kilometr məsəfadə yerləşən filial və obyeklər arasındada LKŞ qurmaq mümkündür. Simsiz rabitə əsasında LKŞ-in qurulması, kabel və fiberoptik lif əsasında qurulmuş şəbəkələrə nəzərən dah tez və ucuz başa gəlir. Əsas mənfi xüsusiyyəti məsafə artdıqca informasiyanı ötürmə sürətinin aşağı düşməsidir. Kiçik məsafələrdə maksimal sürət 108 Meqabit/saniyədir.
3.Fiber-optik rabitə əsasında LKŞ
Fiber-optik şəbəkə - informasiyanın çox uzun məsafalərə son dərəcə yüksək sürətlə ötürülməsini təmin edir. Bu tip rabitə sayəsində saniyədə terabitlərlə informasiya ötürmək mümkündür. Fiber-optik rabitədən əsəsən müxtəlif səviyyəli (qitələr arası magistral xətlərdən başlayaraq sadə kompüter şəbəkələrinədək) telekommunikasiya şəbəkələrinin yaradılması üçün istifadə olunur.
LKŞ texnologiyalarının müqayisə cədvəli
Xarakteristika |
Lokal kompüter şəbəkəsinin tipi |
||
Kabel əsasında |
Simsiz rabitə |
Fiber-optik rabitə |
|
Rabitənin maksimal uzunluğu |
500 metr |
60 kilometr |
|
İnformasiyanı ötürmə sürəti |
CAT5 – 100 Mbit/san CAT6 – 1000 Mbit/san CAT7–10240 Mbit/san |
802.11a/g – 54 Mbit/san 802.11a/g* – 108 Mbit/san
|
Bir neçə Terabit/saniyə |
Rabitənin keyfiyyəti |
Istifadə olunan kabel və avadanlıqlardan asılıdır |
Radioefirdə mövcud olan maneələrdən asılıdır |
Yüksəkdir |
Təhlükəsizlik səviyyəsi |
Yüksəkdir |
Yüksəkdir |
Yüksəkdir |
Montaj tezliyi |
Aşağıdır |
Yüksəkdir |
Aşağıdır |
Kökləmə prosesi |
Çətindir |
Asandır |
Çətindir |
Avadanlığın dəyəri |
Aşağıdır |
Aşağıdır |
Yüksəkdir |
Rabitə kanallarının quraşdırma dəyəri |
Yüksəkdir |
Nəzərə alınmır |
Çox yüksəkdir |
Texniki xidmətin dəyəri |
Ortadır |
Aşağıdır |
Yüksəkdir |