Yealink WH63 Teams

Yealink WH63 Teams - Microsoft Teams üçün sertifikatlaşdırılmış və MS Teams komandalarını bir toxunuşla aktivləşdirmək üçün xüsusi Teams düyməsi ilə təchiz edilmiş premium səviyyəli, monoaural DECT qulaqlıqdır. Super Wideband və Acoustic Shield texnologiyaları kənar səs-küyün qarşısını alır və telefon danışığı və ya video konfrans zamanı əla səs keyfiyyətini təmin edir. Qırmızı-yaşıl sayrışan led indikator qulaqlığın məşğul olub-olmamasını göstərir. İki ədəd USB port qulaqlığı eyni anda həm kompüterə həm də İP-Telefona qoşmağa imkan verir. WH63-ün əhatə dairəsi baza stansiyasından 120 metr məsafədədir. Yüngül çəkisi sayəsində cihazın uzun müddətli istifadəsi rahatdır.

String Optional