Yealink WH62 Mono UC

Yealink WH62 Mono UC - tək dinamiklə təchiz edilmiş ilkin səviyyəli DECT qulaqlıqdır və bütün Yealink telefonları və əsas UC platformalarla istifadəsi mümkündür. Super Wideband və Acoustic Shield texnologiyaları kənar səs-küyün qarşısını alır və telefon danışığı və ya video konfrans zamanı əla səs keyfiyyətini təmin edir. Qırmızı-yaşıl sayrışan led indikator qulaqlığın məşğul olub-olmamasını göstərir. İki ədəd USB port qulaqlığı eyni anda həm kompüterə həm də İP-Telefona qoşmağa imkan verir. WH62-nin əhatə dairəsi baza stansiyasından 160 metr məsafədədir. Yüngül çəkisi və yumşaq qulaq yastıqları sayəsində cihaz gün ərzində istifadə üçün rahatdır.

String Optional