Panasonic KX-HDV230 SIP telefon | Bakı

Panasonic KX-HDV230 – SIP telefonu kiçik və orta biznes üçün zəruri olan bir sıra effektiv funksiyalara sahibdir. Asan quraşdırma, möhkəm konstruksiya və sərfəli qiymət onu üstün edən cəhətlərdəndir. Panasonic KX-HDV230 SIP telefonu  PoE Gigabit Ethernet portla, 24 proqramlaşdırıla bilən düymələrlə, asan oxunan LCD ekranla təchiz edilib və 6 SIP hesab, HD səs, KX-HDV20 modul dəstəkləyir.

Panasonic KX-HDV230 SIP telefonun Bakıda satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.


Əsas xüsusiyyətləri

  • 6 SIP qeydiyyatı
  • 2.3 düymlük LCD ekran
  • Əlavə funksional 5 düymlük LCD ekran
  • HD səs (G.722)
  • Telefon kitabında 500-ə qədər kontakt imkanı
  • 3 yollu konfrans dəstəyi
  • Broadsoft UC uyğunluğu
  • 2 Ethernet portu 10/100 / 1000M
  • PoE dəstəyi
  • Gözləmə rejimində güc istehlakının aşağı olması
  • XML proqram interfeysi
  • Plug&Play
  • Divar montajı imkanı
  • Güc Adapteri KX-A422 (istəyə bağlı)

Ekran xüsusiyyətləri

  • Monokrom qrafikli LCD ekran
  • LCD ölçüsü: 64 piksel, 2.3 düym, 384 piksel, 5 düym
  • LCD kontrastının 6 səviyyəsi
  • LCD arxa işığı (On / Avto / Off)