SIP-T41S | EOL

Yealink SIP-T41S - Yealinkin yeni "ultra zərif" IP Telefonlar sinifinə daxil olan ilkin modeldir. Telefon Yealink SİP-T42S modeli ilə bir çox oxşar cəhətlərə malikdir. Lakin Qiqabitlik Ethernet portu olmadığı üçün daha ekanom modeldir. Bu model zəruri olan bütün funksiyalarla təchiz olunub. Həmçinin müasir korporativ xəttin ənənəsinə sadiq qalaraq, öz “ultra zərif” biznes dizaynı və qabaqcıl texniki xarakteristikaları ilə fərqlənir. Telefonun arxa hissəsində Yealink EHS36 adapterinin  qoşulması üçün xüsusi EHS portu nəzərdə tutulub. Bu adapter Jabra, Plantronics və Sennheiser simsiz qarniturların qoşulması üçün nəzərdə tutulub. Proqramlaşdırılan düymələrin adları bilavasitə ekranda daxil edilir və istifadəçini telefonun korpusundakı kağız daşıyıcılardan və onları əllə doldurmaq məcburiyyətindən azad edir.

Yealink SİP-T41S telefonu öz sələfi SİP-T41P modelindən aşağıdakı yeniliklərlə fərqlənir:

  • Avadanlığın texniki göstəriciləri artırılıb
  • Flash yaddaşın həcmi artırılıb
  • Yealink USB adapterin və danışıqları yazmaq üçün flash yaddaşın qoşulmasını mümkün edən, USB 2.0 portla təchiz edilib

Yealink SIP-T41S avadanlığının Bakıda satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.

Telefonun xarakteristikaları:

  • 6 müstəqil SIP akkaunt
  • 6  proqramlaşdırılan, işıqlı indikasiyaya malik düymə (ekranın 3 səhifəsində, hər səhifədə 15 düymə). Abonentin statusunun göstərilməsi  (BLF)
  • İntelektual axtarışa malik telefon kitabçası (1000 sətir), telefon kitabçasının importexport edilməsi, məsafədən telefon kitabçası (XML, LDAP), qara siyahı, zənglərin tarixçəsi (1000 sətir), rahat və sürətli yığım, nömrə yığım qaydaları
  • Klaviaturanın bloklaşdırılması, ekranda dəyişən loqotip, səsin idarə olunması, zəng üçün melodiya seçimi
  • Zəngin xəttə saxlanması və gözlədilməsi (call hold), zəngin yönləndirilməsi (call forwarding) və transfer edilməsi (call transfer), DND rejimi, konfrans əlaqə, zəngin zəbt edilməsi (call pickup), interkom zəng (o cümlədən qrupa interkom zəng: Paging), qaynar xətt, avtomatik cavablandırma, təcili zəng, avtomatik yığım rejimi
  • Səsli mesaj, SIP SMS
  • Telefonun klaviaturadan, məsafədən və Web-interfeysdən idarə olunması və sazlanması
  • Autoprovision (TFTP/FTP/HTTP/HTTPS/PNP/DHCP) funksiyası vasitəsi ilə, telefonun vahid mərkəzdən köklənməsi, sazlanması, konfiqurasiyanın və proqram təminatının yenilənməsi
  • SNMP v1/2 və TR069 (şərti) protokollarının dəstəyi
  • Yealink RPS (Redirection and Provisioning Service) servisinin dəstəyi,
  • BroadSoft, Genesys və sair platformalar üçün xüsusi imkanlar

Şəbəkə xarakteristikaları:

  • SIP 2.0 (RFC3261) protokolunun dəstəyi
  • IPv6 protokolunun dəstəyi
  • Transport: UDP, TCP, TLS, DNS SRV
  • NAT transverse dəstəyi: STUN rejimi
  • Zəng rejimi: Peer-to-Peer, SIP Proxy
  • Şəbəkə ilə 3 növ iş rejimi: DHCP/statik IP-adres/PPPoE
  • OpenVPN dəstəyi 
  • VLAN (IEEE 802.1p/q tagging), TOS (layer 3) dəstəyi
  • in-band DTMF, out-of band RFC2833 DTMF və SIP INFO dəstəyi
  • Şifrələmə və identifikasiya (MD5 и MD5-sess) standartlarının dəstəyi
  • SRTP dəstəyi
  • HTTPS klient/server

İnterfeyslər:

  • 2хRJ45 Ethernet port 10/100 Mbit/s
  • 1хRJ9 dəstək qoşmaq üçün
  • 1хRJ9 qarnitur qoşmaq üçün
  • PoE (IEEE 802.3af) Class 2  
  • 1xUSB 2.0 port
  • 1xRJ12 EHS36 simsiz qarnitur qoşmaq üçün

Səs xarakteristikaları:

  • Optima HD formatında səs: HD  dəstək və uca səsli əlaqə; G.722 HD kodek, TİA-920 standartına uyğunluq.
  • 50Hs -dən 7kHs  qədər səs diapazonu.
  • Genişzolaqlı G.722 kodekinin və standart  G.711 (А/μ), G.726, G.729AB, G.723.1, ILBC (şərti), GSM-AMR (şərti) kodeklərinin dəstəyi.
  • VAD (səsin aktivliyinin müəyyənləşdirilməsi), CNG (rahat küy qeneratoru), AEC (Exonun ləğv edilməsi), NLP (əks sədanın ləğv edilməsi), AGC (mikrafonun həssaslığının avtomatik idarə olunması), AJB (səs paketləri üçün adaptiv bufer).

Fiziki xarakteristikaları:

  • Qrafik 2,7” LCD 192х64 icazəli, boz işıqlandırılan ekran
  • 2 RJ45 port, Bridge rejimi
  • RJ9 (4P4C) formatlı qarnitura üçün port
  • USB 2.0 portu
  • Cərəyan adapteri: DC 5V/1,2A
  • РоЕ (Power over Ethernet, 802.3af) Class 2
  • Sərfiyyat : 2.8-4,35Vt
  • Çəkisi: 0,82kq
  • Ölçüləri: 85x200x90mm
  • İşçi tempratur: 0°~40°
  • Rəngi: qara
  • 3 proqramlaşdırılan və işıq diodları ilə təchiz edilmiş xətt düyməsi
  • 4 kontentdən asılı dinamik proqramlaşdırılan XML düymə
  • 5 ədəd yenidən proqramlaşdıma imkanı olan naviqasiya düyməsi
  • Səsi idarə edən düymələr
  • 5 funksional düymə: səsli mesajlar giriş, nömrənin təkrar yığılması, qarnitura, uca səslə əlaqə, səsin söndürülməsi