Yealink CP900 UC | Спикерфон

Yealink CP900 Speakerphone (Dinamik)  - səyahətlərdə, kiçik iclas salonlarında və şəxsi istifadə üçün uyğun olan professional portativ dinamikdir (speakerphone). Altı ədəd daxili mikrafona, daxili full-duplex funksiyasına və  ətrafdakı səs-küyləri  ləğvi edərək 360 dərəcə səs qəbulu qabiliyyətinə sahib olan Yealink CP900, səsin sabit HD keyfiyyətini təmin edir.

USB portdan və Bluetooth moduldan istifadə edərək cihazı tez bir zamanda mobil telefonunuza, planşetinizə və ya fərdi kompüterinizə qoşa bilərsiniz. Daxili batareya cihazın 12 saat danışıq rejimində işləməsinə imkan verir. Yealink CP900 dinamikinin dəstinə, onun kompüterlə sadə və sürətli əlaqəsini təmin Yealink BT40 USB-bluetooth modul daxildir.

Yealink CP900 Dinamikinin (Speakerphone) Bakıda satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.

Yealink CP900 Dinamikinin (Speakerphone) xarakteristikaları

Audioxarakteristikaları 

  • Optima HD formatında səs
  • 360 dərəcə əhatə zonasında səsin 2 metr məsafədən qəbulu
  • Tam dupleksli əlaqə
  • Küylərin boğulması (NS)
  • Səsin rəqəmsal emalı (DSP)
  • Əks-sədanın boğulması (AEC)

Mikrafon

  • Mikrafonun tipi: MEMS MIC (Analoq)
  • Həssaslıq:1V/Pa nisbətdə -42dB 
  • Siqnal/küy mütənasibliyi (SNR): +59 dB
  • Konfrans rejimində tezlik diapazonu: 115 Hz -dən 7 kHz -dək

Dinamik

  • Maksimal güc: 7 Vt
  • RMS: 3 Vt
  • Səsin gurluğu: 82 dB SPL +/-3dB SPL @1m, 1Vt
  • Konfrans rejimində tezlik diapazonu: 100 Hz -dən 8 kHz -dək
  • Musiqi dinləmə rejimində tezlik diapazonu: USB ilə qoşulanda 115 Hz -dən 16 kHz -dək, Bluetooth ilə qoşulanda 115 Hz -dən 8 kHz -dək

Fiziki xarakteristikaları

  • Ölçüləri (Ø*v): 132.5mm*35.5mm
  • Çəkisi: 320q
  • 8 ədəd sensorlu düymə
  • Qoşulma interfeysləri: USB 2.0 PNP və Bluetooth
  • USB-kabelin uzunluğu: 0.9 m
  • Daxili Bluetooth 4.0
  • Simsiz qoşulma məsafəsi: 30 m
  • Qidalanma: USB/Lityum polimer batareya

Batareya və iş müddəti

  • Tutumu: 3.85V/2450mAs
  • Dolma vaxtı: 5 saat (USB 5V/500mА)
  • Danışıq rejimində iş müddəti: 12 saat
  • Gözləmə rejimində iş müddəti: 450 saat

BT50 Modul

  • Bluetooth 5.0 dəstəkləyir

String Optional