Yealink W52P | EOL
Yealink W52P – qənaətcil və genişlənmə imkanları olan həllərə üstünlük verən şirkətlər üçün yaradılmış, bir ədəd baza stansiyasından və bir ədəd trubkadan ibarət simsiz sistemdir (VoİP DECT). Simsiz texnologiyaların və geniş biznes funksiyaların birləşməsindən istifadə edərək, isitfadəçi yerdəyişmə azadlığı və interkom, zəngin yönləndirilməsi, transfer, 3 tərəfli konfrans əlaqə, Power over Ethernet texnologiyası kimi bir sıra vacib funksiyalar əldə etmiş olur. Sistem bir çox məşhur platformaları (Yeastar, Elastix, 3CX və s.) dəstəklədiyi üçün, kökləmə prosesi asan və tezdir.
Yealink W52P VoIP DECT (radio) telefonunun satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.
Telefonun xarakteristikaları:
- Eyni anda 4 danışıq imkanı
- 5 ədəd Yealink RT20 və ya RT30 təkrarlayıcı qoşmaq mümkündür
- 5 ədəd Yealink W52H trubka qoşmaq imkanı
- 5 müstəqil SIP akkaunt
- Bazaya qoşulan hər bir trubka üçün gələn / gedən zənglərin yönləndirilməsini, icazələri ayrı-ayrılıqda sazlamaq imkanı
- DECT CAT-iq2.0 protokolunu dəstəkləyir
- 12 rəqəmsal, 5 naviqasiya, 2 proqramlaşdırılan, 6 funksional düymə
- Zəng edənin şəklinin göstərilməsi
- Telefon kitabçası: 100 sətir (trubkada), 500 sətir (bazada), telefon kitabçasının import / export edilməsi, məsafədən telefon kitabçası (XML), qara siyahı, zənglərin tarixçəsi (100 sətir), rahat və sürətli yığım, nömrə yığım qaydaları
- Klaviaturanın bloklaşdırılması, ekranda dəyişən loqotip, səsin idarə olunması, zəng üçün melodiya seçimi
- Zəngin xəttə saxlanması və gözlədilməsi (call hold), zəngin yönləndirilməsi (call forwarding) və transfer edilməsi (call transfer), DND rejimi, konfrans əlaqə, zəngin zəbt edilməsi (call pickup), interkom zəng (o cümlədən qrupa interkom zəng: Paging), qaynar xətt, avtomatik cavablandırma, təcili zəng, avtomatik yığım rejimi
- Səsli mesaj, SIP SMS
- Telefonun klaviaturadan, məsafədən və Web-interfeysdən idarə olunması və sazlanması
- Autoprovision (TFTP/FTP/HTTP/HTTPS/PNP/DHCP) funksiyası vasitəsi ilə, telefonun vahid mərkəzdən köklənməsi, sazlanması, konfiqurasiyanın və proqram təminatının yenilənməsi
- SNMP v1/2 və TR069 (şərti) protokollarının dəstəyi
- Yealink RPS (Redirection and Provisioning Service) servisinin dəstəyi
- BroadSoft, Genesys və sair platformalar üçün xüsusi imkanlar
Şəbəkə xarakteristikaları:
- SIP 2.0 (RFC3261) protokolunun dəstəyi
- Transport: UDP, TCP
- NAT transverse dəstəyi: STUN rejimi
- Zəng rejimi: Peer-to-Peer, SIP Proxy
- Şəbəkə ilə 3 növ iş rejimi: DHCP/statik IP-adres/PPPoE
- OpenVPN dəstəyi
- 802.1x, LLDP dəstəyi
- VLAN (IEEE 802.1p/q tagging), TOS (layer 3) dəstəyi
- in-band DTMF, out-of band RFC2833 DTMF və SIP INFO dəstəyi
- Şifrələmə və identifikasiya (MD5 и MD5-sess) standartlarının dəstəyi
- SRTP dəstəyi
Səs xarakteristikaları:
- HD formatında səs: HD dəstək və uca səsli əlaqə; G.722 HD kodek
- 50Hs -dən 7kHs qədər səs diapazonu
- Genişzolaqlı G.722 kodekinin və standart G.711(А/μ), G.726, G. 729AB, G.723.1, iLBC(şərti), GSM-AMR (şərti) kodeklərinin dəstəyi
- VAD (səsin aktivliyinin müəyyənləşdirilməsi), CNG (rahat küy qeneratoru), AEC, NLP (əks sədanın ləğv edilməsi), AGC (mikrafonun həssaslığının avtomatik idarə olunması), AJB (səs paketləri üçün adaptiv bufer)
Fiziki xarakteristikaları:
- Əhatə dairəsi: 50m qapalı məkanda, 300m bayırda
- 10 saat danışıq müddəti, 100 saat gözləmə rejimi
- Rəngli 1.8’’ LCD, 128x160 pikselli ekran
- Enerjiyə qənaət rejimləri: ECO mode/ECO Mode+
- 1 ədəd x RJ45 10/100M port
- РоЕ (Power over Ethernet, 802.3af) Class 0
- 2.5mm -lik qarnitura üçün port
- Trubkanın proqram təminatını yeniləmək üçün USB port
- Ekranın və klaviaturanın işıqlandırılması
- Stola və yaxud divar bərkitmə imkanı
- Bazada 3 ədəd indikator: 1 x qida mənbəyi, 1 x şəbəkə, 1 x zəng
- Qida cərəyanı: DC 5V / 600мA
- Ölçüləri: 144mm x 50mm x 24mm.
- Bazanın ölçüləri: 153mm x 108mm x 45mm
- Tempratur: 10 ~ +50°
- Rütubət: 10 ~ 95%