Yealink CP930W | Архив

Yealink CP930W - kiçik və orta ölçülü iclas otaqları üçün IP DECT (simsiz) konfrans telefondur. Yealink CP920 konfrans telefonundan əsəs fərqi, şəbəkəyə Yealink W60B DECT baza stansiyası vasitəsi ilə simsiz qoşulmaq imkanının olması və daxili batareya ilə təchiz olunmasıdır. Bu fərqlər Yealink CP930W İP DECT konfrans telefonunu şəbəkə (CAT5, CAT6 və s.) və elektrik rozetkaları olmayan iclas otaqlarında istifadə etməyə imkan verir. Telefon 3 ədəd daxili çox istiqamətli mikrofonla təchiz edilib və səsin qəbulu radiusu standart olaraq 6 metr 360 dərəcə təşkil edir. Yealink CP930W konfrans telefonunun danışıqları Micro SD yaddaşa yazmaq, həmçinin mobil telefon və kompüter ilə inteqrasiya olunmaq imkanı var.

Yealink CP930W IP Simsiz konfrans telefonunun satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.

Konfrans telefonun funksiyaları:

  • 1 SIP-akkaunt
  • Yealink W60B Baza stansiyası ilə tam uyğunluq
  • Gözlətmə, mikrafonun söndürülməsi, DND (narahat etməyin)
  • Danışıqları Micro SD yaddaş qurğusuna yazmaq imkan
  • Qaynar xətt
  • Nömrənin təkrar yığılması, gözləmə rejimi, operativ xidmətlərə zəng 
  • Yönləndirmə, transfer, yığım qaydaları
  • 5 tərəfli konfrans
  • Melodiya seçimi/yükləmə/silmə
  • Saatın köklənməsi : avtomatik və mexaniki
  • Səsin idarə olunması
  • Bluetooth ilə qoşulma imkanı
  • Daxili batareyanın həcmi: 24 saat danışıq müddəti, 360 saat gözləmə rejimi
  • Əhatə dairəsi: 50m qapalı məkanda, 300m bayırda
  • CAT-iq2.0
  • Tezlik diapazonu 1880-1900Mhz
  • Bluetooth ilə mobil telefona qoşulmaq imkanı
  • micro USB portu ilə kompüterə qoşulmaq imkanı
  • Proqram təminatını "hava ilə" yeniləmək imkanı (Over-The-Air)

 Kodeklər və səs ayarları:

  • Optima HD formatında səs: HD dinamik və daxili mikrafon; HD G.722 kodek, TIA-920 standartına uyğun.
  • 3 ədəd daxili mikrafon
  • 360 dərəcə əhatə zonasında səsin 6 metr məsafədən qəbulu
  • Kodeklər: G.722, G.729, G.726, iLBC, Opus, PCMA, PCMU
  • Əks-sədanın və kənar küylərin boğulması
  • DTMF: In-band, Out-of-band (RFC 2833) və SIP INFO
  • Full-duplex uca səsli rabitə, AEC (echo cancellation)    
  • VAD (səs aktivliyinin təyini), CNG (rahat küy generatoru), AEC (echo cancellation), PLC , AJB (səs paketləri üçün adaptiv bufer), AGC (Mikrafonun həsaslığının avtomatik idarə olunması)

Qeydiyyat kitabçaları:

  • 100 nömrəlik qeydiyyat kitabçası (Yealink W60B Baza stansiyasında saxlanılır)
  • Qara siyahı
  • Kənar qeydiyyat kitabçası XML və LDAP
  • Qeydiyyat kitabçasında axtarış
  • Çağırışların tarixçəsi: yığılanlar/qəbul edilənlər/cavablandırılmamış/yönləndirilmiş zənglər/

 İP ATS ilə inteqrasiya:

  • İnterkom, Multicast paging
  • Anonim zəng, anonim zəngdən imtina
  • Yönləndirmə, Peer-to-Peer zənglər, zəngin zəbt edilməsi

Ekran:

  • 3.1 düymlük, 248x120 icazəli, işıqlandırılan qrafik LCD-ekran
  • Müxtəlif dil seçimi
  • Nömrəli və adlı Caller İD

Fiziki xarakteristikaları:

  • 1 ədəd 10/100 Mbit/s RJ45  port (Yealink W60B baza stansiyasında)
  • 1 ədəd micro-USB (kompüterə qoşmaq üçün)
  • Daxili Bluetooth 4.0 (mobil telefona qoşulmaq üçün)
  • 1 ədəd micro SD slot (danışıqları yazmaq üçün)
  • Kilid üçün yuva
  • Daxili litium batareya
  • Qida bloku: Giriş AC 100-240V, Çıxış DC 12V/1А
  • Ölçüləri (eni*dərinliyi*hündürlüyü): 307.8mm*298.5mm*66.9mm
  • İşçi rütubət: 10~90%
  • İşçi tempratur: -10~40˚C

 İdarəetmə:

  • Telefonun köklənməsi: veb interfeys/telefonun ekranı
  • Klaviaturanın bloklanması
  • Reset, yenidən yüklənmə (restart)