RTX 4024 Repeater

RTX4024 - RTX8660 IP DECT baza stansiyasının əhatə dairəsini artırmaq və IP DECT Multicell telefonların (RTX8430, RTX8630, RTX8830) bazaların əhatə dairələri arasında kəsintisiz sərbəst keçidini təmin etmək üçün IP DECT Gücləndiricidir (Repeator). Kəsintisiz mobil əhatə dairəsi tələb olunan böyük ərazilər və ya çoxmərtəbəli binalar üçün olduqca faydalı və sərfəli həldir. Avadanlığın quraşdırılması olduqca asan və sadədir. Həm genişzolaqlı həmdə darzolaqlı zənglər zamanı səsin yüksək keyfiyyətini təmin edir. 

RTX4024 IP DECT gücləndiricisinin satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.

Əsas xüsusiyyətləri:

  • Repeater-in Repeater-ə qoşulmasını dəstəkləyir (bir istiqamət üzrə mak. 3 ədəd)
  • DECT şifrələməni dəstəkləyir
  • Dünya çapında DECT dəstəyi
  • DECT siqnalın əhatə dairəsini genişləndirir
  • DECT Baza stansiyaları arasında avtomatik Handover funksiyasını dəstəkləyir
  • Eyni anda 2 aktiv genişzolaqlı və 5 aktiv darzolaqlı  zəngin idarə edilməsi
  • Hər bazaya 6 ədəd gücləndirici (repeator) qoşmaq imkanı
  • Avtomatik qeydiyyat üsulu
  • İşçi tempratur: -10°C ~ +50°C

Dizayn və ölçüləri:

  • Indoor cabinet
  • Əllə montaj üçün dəst
  • Divara asanlıqla montaj olunur
  • Ölçüləri: 120(eni) x 35(dərinliyi) x 135(hündürlüyü)mm

Enerji təminatı:

  • 230 VAC və 110 VAC növləri mövcuddur

Tezlik və əhatə dairəsi:

  • Tezlik zolaqları: EU/AU/NZ, US/CA, LATAM, TW
  • Əhatə dairəsi qapalı məkanda 50 metrə qədər, açıq məkanda 300 metrə qədər
  • Qəbuledicinin həssaslığı: -92dBm
  • Daxili 2 ədəd hərtərəfli antenna

LED indikator:

• Radio siqnalın keyfiyyətinin indikasiyası