ExcellTell

 

Dinstar Technologies Co. şirkəti 2011-ci ildə yaradılıb və əsas fəaliyyət istiqaməti Yeni Nəsil Rabitə (Next Generation Communication) və Şəbəkə avadanlıqlarının layihələndirilməsi və  istehsalıdır. Dinstar şirkətində dünyanın tanınmış telekommunikasiya təşkilatlarında fəaliyyət göstərmiş və Birləşmiş Kommunikasiya (UC) sistemləri, simsiz mobil şəbəkə və VoiP sahəsində böyük təcrübəyə malik 150-dən çox mütəxəssis çalışır.  

Dinstar, GSM/CDMA/LTE şlyuz (gateway), E1 / T1 Trunk şlyuz, IAD/FXS/FXO Analoq şlyuz, SIMBANK, SIMCLOUD və s. kimi avadanlıqların daxil olduğu, geniş çeşidli VoİP məhsullara sahibdir. Artan innovativ imkanlar, yüksək qiymət/keyfiyyət mütənasibliyi və fərdi OEM/ODM xidmət səbəbindən Dinstar şirkətinin VoIP məhsulları telekommunikasiya operatorları və sistem inteqratorlar tərəfindən tanınır və geniş istifadə olunur.

Dinstarın Azərbaycan Respublikası ərazisində yeganə rəsmi distibütoru ZETRON TELEKOM şirkətidir. Biz bütün Dinstar avadanlıqlarının  rəsmi satışını, quraşdırılmasını və servisini həyata keçiririk.