Şirkət Haqqında
ZETRON şirkəti 2007-ci ildə kompüter texnologiyaları sahəsində ixtisaslaşmış bir qrup yüksək səviyyəli mütəxəssislər tərəfindən yerli və xarici şirkətlərin İnformasiya və Telekommunikasiya Texnologiyaları sferasında olan tələblərini qarşılamaq məqsədi ilə yaradılmışdır.
Fəaliyət göstərdiyimiz beş il ərzində şirkətimiz informasiya sistemlərinin qurulması və idarə olunması üzrə zəngin peşəkar biliklər və təcrübə əldə etmişdir ki, bu da bizə öz müştərilərimizə geniş çeşidli xidmətlər təklif etməyə imkan yaradır.
2010-cu ildə şirkətimiz Azərbaycan Marketinq Cəmiyyəti ilə birgə Dünya Bankı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında, Azərbaycanda son illərin ən iri İT ləyihələrindən olan “BAZAR İNFORMASİYA VƏ KOMMERSİYA MƏRKƏZİNİ” yaratmışdır.
Məqsədimiz
Bizim başlıca məqsədimiz – təşkilatlarda biznes proseslərin stabilliyini, təhlükəsizliyini təmin edən və effektivliyini artıran faydalı IT xidmətlər göstərməkdir.
Əməkdaşlarımız
Şirkətdə öz işini bilən peşəkarlar çalışır və iş, müştərilərə yüksək xidmət göstərilməsi üçün dəqiqliklə bölüşdürülmüşdür. Əməkdaşların seçimi bir çox peşəkear və mənəvi xüsusiyyətlərə görə aparılmışdır ki, bu da təşkilati cəhətdən möhkəm komanda yaratmağa imkan vermişdir.
Prinsiplərimiz və hədəflərimiz
Prinsiplərimiz:
- düzgünlük və ədalət
- bizim komanda bizim qüvvəmizdir
- hər şeydə peşəkarlıq
Hədəflərimiz:
- hər gün daha yaxşı və müvəffəqiyyətli olmaq
- öz işimizlə müştərilərimizi sevindirmək
- şirkəti inkişaf etdirmək və böyütmək
Biz bütün təşkilatlarla yuxarıda göstərilən prinsip və hədəflərimizə əsaslanan münasibət qurmağa hazırıq