VoIP - CRM Inteqrasiya
Müştərilərlə işgüzar əlaqələri izləmək və analiz etmək üçün həm CRM, həm də VoIP Telefon sistemi olduqca vacib biznes alətlərdir. Bu alətlərin inteqrasiyası şirkətdə gəlirliliyi, məhsuldarlığı və ümumi effektivliyi artırmağa imkan verir.
VoİP-CRM İnteqrasiyanın 4 əsas üstünlüyü
1. Daha xoş ünsiyyət və müştəri loyallığı
Inteqrasiya nəticəsində, şirkətə zəng daxil olarkən ekranda müştərinin profili avtomatik olaraq (pop-up pəncərə) açılır və zəng edənin kimliyi, alış-veriş və zəng tarixçəsi, müvafiq qeydlər, tapşırıqlar, məktublar, görülmüş işlər və sair haqqında operatoru öncədən məlumatlandırır. Bu məlumatlar müştəriylə söhbəti fərdiləşdirməyə, onun sizin üçün çox dəyərli olmasını hiss etdirməyə və loyallığını qazanmağa imkan verir.
2. Zənglər haqqında real vaxt rejimində məlumat
Adətən operatorlar hər zəng sonrası zəng haqqında vacib məlumatları və danışığın təfərrüatlarını kağızda yazmağa məcbur olurlar. VoİP-CRM inteqrasiyası real vaxt rejimində bütün bu məlumatları avtomatik izləyir və qeyd edir. Bu məlumatlara telefon nömrələri, hər bir zəngin tarixi və saatı, zəng müddəti, gözləmə müddəti və danışığın səsli yazısı daxildir.
Həmçinin inteqrasiya sayəsində cavabsız zəngləri, müştərilərlə kobud rəftarı və bu kimi digər nöqsanları vaxtında müəyyənləşdirmək, səs yazılarını təkrar dinləyərək unudulmuş məlumatları yada salmaq, həmçinin müştərinin öncəki sorğularını və alışlarını analiz edərək onlara yeni təkliflər hazırlamaq mümkündür.
3. Artan Effektivlik
İnteqrasiya sayəsində operatorlar, müxtəlif kağız daşıyıcılardan müştəri məlumatlarının axtarışı və daxil edilməsi kimi yorucu işdən azad olurlar. Müştəriylə danışa-danışa və ya danışıq sonrası müştərinin CRM profilini axtarışda tapmaq və bütün vacib qeydləri oraya yazmaq mümkündür. Nəticədə məlumatların axtarışına və daxil edilməsinə sərf olunan vaxt dəfələrlə azalır və şirkət daxili proseslərin səmərəliliyi artır.
4. Daha yaxşı idarəetmə imkanı
İnteqrasiya sayəsində, operatorların gün, həftə, ay, rüb və il ərzində etdiyi zənglərin sayını, cavabsız zənglərin sayını və danışıqlara sərf etdiyi ortalama müddəti qrafiklərlə müqayisəli şəkildə təsvir edərək, tənbəl operatorları aşkarlamaq mümkündür. Həmçinin bu qrafiklər əsasında, zəngləri operatorlara paylanma və növbə qaydalarına düzəliş edərək, ümumi performansı optimallaşdırmaq mümkündür.