Video Konfrans Avadanlıqları
Video Konfrans Avadanlıqları və Sistemləri - biznesin səmərəliliyini artırmağa, biznes prosesləri optimallaşdırmağa, qərarların qəbulunu sürətləndirməyə və işgüzar səfərlərə ayrılan xərclərə qənaət etməyə imkan verən ən müasir və yüksək texnoloji kommunikasiya alətlərinin toplusudur.
Video Konferans iştirakçılarını görüntü və səslə təmin etmək üçün müxtəlif tipli kameralardan (web, PTZ), monitorlardan, simli və simsiz mikrafonlardan, dinamiklərdən, proyektorlardan, bulud əsaslı videokonfrans serverlərindən (Microsoft Teams, ZOOM, Skype for Business, WebEx və s.), lokal avadanlıq və proqram əsaslı serverlərdən, video konfrans terminallarından istifadə olunur.
Video Konferans sistemlərinin istifadə və quraşdırma qaydaları haqqında peşəkar məsləhət almaq həmçinin Yealink Videokonfrans avadanlıqlarının və sistemlərinin satışı, servis şərtləri və qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz