Kompüter parkının idarə olunması

 

 

Kompüterlərin etibarlı və fasiləsiz işi, təşkilatın uğurlu fəaliyyəti üçün vacib şərtdir. Bu gün kompüterlər çoxlu sayda funksiyaları icra edirlər və onların xarab olması satış şöbəsinin, mühasibatlığın və hətta bütün təşkilatın faəliyyətini ən uyğun olmayan anda dayandıra bilər.

Bu сür halların qarşısını almaq üçün ZETRON şirkəti aşağıdakı xidmətləri təklif edir:

  • Kompüter və avadanlıqların xarab olmasının və aşınmasının qarşısını alan profilaktik tədbirlərin aparılması
  • Kompüterlərin və periferiyaların (printer, skaner, faks və s.) operativ təmiri və dəyişdirilməsi
  • İstifadəçilərə kompüterə, proqram təminatına və digər avadanlıqlara aid konsultasiyaların verilməsi
  • Nasazlıqların diaqnostika olunması, proqram təminatında və avadanlıqlarda problemlərin aradan qaldırılması və məsləhətlərin verilməsi
  • Virus yoluxmuş kompüter və notbukların diaqnostikası və müalicəsi
  • İstismar olunnan avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması
  • Ofis daxilində işçilərin yerdəyişməsi zamanı kompüterlərin demontaj olunması, köçürülməsi və montaj olunması
  • Priterlərin, faksların və kseroks aparatlarının tükənən materiallarının dəyişdirilməsi
  • Periferiyaların qoşulması və köklənməsi
  • Mini ATS -lerin satışı, qurulması, montajı, proqramlaşdırılması
  • Viruslardan və xakerlərdən müdafiə sisteminin yaradılması
  • Kompüterlərin köklənməsi və avadanlıqların yenilənməsi (upgrade)
  • Proqram təminatının köklənməsi və yenilənməsi

 Yuxarıda sadalanmış xidmətlərə ehtiyac yarandığı halda ZETRON şirkətinin əməkdaşları ilk olaraq məsafədən idarəetmə vasitələrinin köməyi ilə xidmət göstərirlər. Əgər bu üsulla tam xidmət göstərmək mümkün deyilsə, Sifarişçinin ünvanına İT mütəxəssis göndərilir.

Müştərinin istifadəçilərindən daxil olan bütün müraciətlərin qəbulu  və emalı  ZETRON şirkətinin Texniki Dəstək Qrupu tərəfindən aparılır. Qəbul edilmiş bütün müraciətlər  CRM (Müştərilərlə münasibətlərin avtomatlaşdırılmış idarə etmə sistemi) sistemində qeydiyyata alınır. Müraciətlərin mərkəzləşmiş qəbulu və avtomatlaşdırılmış sistemdə (CRM sistem) qeydiyyatı, bizə imkan verir ki, müştərilərimizə dəqiq vaxt ərzində və lazımi həcmdə keyfiyyətli xidmətlər göstərək.

ZETRON şirkəti qəbul olumuş müraciətlərin icra müddətinə və göstərilmiş xidmətin keyfiyyətinə görə  öhdəlik götürən və maddi məsuliyyət  daşıyan yeganə şirkətdir.