Local kompüter şəbəkələrinin qurulması

Local kompüter şəbəkəsi

 

Lokal kompüter şəbəkəsi (LKŞ) – informasiyanın ötürülməsini, qorunmasını, emalını təmin edən avadanlıq və proqram kompleksidir. Onun əsas təyinatı  - korporativ məlumatın, avadanlıqların və proqram təminatının birgə istifadəsini təmin etməkdir. 

 

ZETRON şirkəti öz peşəkar bilik və təcrübəsinə əsaslanraq, 3 tip Local Kompüter Şəbəkəsinin qurulması üzrə xidmətlərini təklif edir.

1.Kabel əsasında LKŞ

UTP və FTP kabel əsasında şəbəkəKompüterlər arasında şəbəkə ilk olaraq kabel vasitəsi ilə quraşdırılmışdır. Bu üsuldan əsasən inzibati binanın daxilində LKŞ-in yaradılması üçün istifadə olunur. Kabel vasitəsi ilə
inzibati binadan maksimum 500 metr məsəfadə yerləşən obyeklər arasında da LKŞ qurmaq mümkündür. LKŞ qurmaq üçün  CAT5, CAT6 və CAT7 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyalara aid kabellər bir-birindən informasiyanı ötürmə sürətinə, dəyərinə və istifadə olunan avadanlıqlara görə fərqlənirlər. Azərbaycan Respublikası ərazisində ən çox CAT5 və CAT6 kateqoriyalarına aid kabellərdən istifadə olunur. Bu kateqoriyadan olan kabellər əsasında qurulmuş LKŞ informasiyanın 100 Meqabit/saniyədən 1000 Meqabit/saniyəyədək sürətlə ötürülməsini təmin edir.

2.Sismsiz rabitə əsasında LKŞ (WI-FI, WI-MAX)

wi-fi, wi-max əsasında (simsiz) local şəbəkəSimsiz rabitədən əsasən inzibati bina daxilində yerləşən  az sayda kompüter və fərqli coğrafi məkanlarda yerləşən filiallar arasında  lokal şəbəkənin yaradılması üçün istifadə olunur. Simsiz rabitə vasitəsi ilə inzibati binadan 60 kilometr məsəfadə yerləşən filial və obyeklər arasındada LKŞ qurmaq mümkündür. Simsiz rabitə əsasında LKŞ-in qurulması, kabel və fiberoptik lif əsasında qurulmuş şəbəkələrə nəzərən dah  tez və ucuz başa gəlir. Əsas mənfi xüsusiyyəti məsafə artdıqca informasiyanı ötürmə sürətinin aşağı düşməsidir. Kiçik məsafələrdə maksimal sürət 108 Meqabit/saniyədir.

3.Fiber-optik rabitə əsasında LKŞ

Fiber Optika əsasında şəbəkəFiber-optik şəbəkə - informasiyanın çox uzun məsafalərə son dərəcə yüksək sürətlə ötürülməsini təmin edir. Bu tip rabitə sayəsində saniyədə terabitlərlə informasiya ötürmək mümkündür. Fiber-optik rabitədən əsəsən müxtəlif səviyyəli (qitələr arası magistral xətlərdən başlayaraq sadə kompüter şəbəkələrinədək) telekommunikasiya şəbəkələrinin yaradılması üçün istifadə olunur.

 LKŞ texnologiyalarının müqayisə cədvəli

 

Xarakteristika

Lokal kompüter şəbəkəsinin tipi

Kabel əsasında

Simsiz rabitə

Fiber-optik rabitə

Rabitənin maksimal uzunluğu

500 metr

60 kilometr

 

İnformasiyanı ötürmə sürəti

CAT5 – 100 Mbit/san

CAT6 – 1000 Mbit/san

CAT7–10240 Mbit/san

802.11a/g – 54 Mbit/san

802.11a/g* – 108 Mbit/san

 

Bir neçə Terabit/saniyə

Rabitənin keyfiyyəti

Istifadə olunan kabel və avadanlıqlardan asılıdır

Radioefirdə mövcud olan maneələrdən asılıdır

Yüksəkdir

Təhlükəsizlik səviyyəsi

Yüksəkdir

Yüksəkdir

Yüksəkdir

Montaj tezliyi

Aşağıdır

Yüksəkdir

Aşağıdır

Kökləmə prosesi

Çətindir

Asandır

Çətindir

Avadanlığın dəyəri

Aşağıdır

Aşağıdır

Yüksəkdir

Rabitə kanallarının quraşdırma dəyəri

Yüksəkdir

Nəzərə alınmır

Çox yüksəkdir

Texniki xidmətin dəyəri

Ortadır

Aşağıdır

Yüksəkdir