Serverlərin idarə olunması

Serverlərin idarə olunması

Əksər işçilərin səmərəli fəaliyyəti serverin etibarlı və fasiləsiz işindən asılıdır. Serverlərdə yaranmış problem İNTERNET şəbəkəsinə çıxışın  itməsinə, elektron poçt sisteminin dayanmasına və qiymətli məlumatların itməsinə səbəb ola bilər.Bu səbəbdən serverlərə və sistem proqram təminatına peşəkarlar tərəfindən daimi xidmət göstərilməlidir.

ZETRON şirkətinin Texniki Dəstək Qrupunda serverlərin və sistem proqram təminatının idarə olunması üzrə ixtisaslaşmış, zəngin bilik və təcrübəyə malik peşəkarlar fəaliyyət göstərir. Adətən belə peşəkarların daimi işə qəbul olunması çox baha başa gəlir. Bu səbəbdən serverlərin və sistem proqram təminatının idarə olunması üzrə işlərin, bu işlər üzrə ixtisaslaşmış İT şirkətə həvələ olunması təşkilat üçün daha səmərəlidir.

ZETRON şirkəti “Serverlərin və sistem proqram təminatının idarə olunması” xidməti çərçivəsində aşağıdakıları təmin edir:

  • Server avadanlıqlarının və sistem proqram təminatının monitorinqi
  • Nasazlıqların diaqnostikası
  • Ştatdan kənar vəziyyətlərin həll edilməsi
  • Avadanlıqların  işindəki nasazlıqların  aradan qaldırıması üçün təkliflərin hazırlanması
  • Avadanlıqlar üzrə müntəzəm texniki xidmətin aparılması
  • Sistem proqram təminatının yazılması və köklənməsi
  • Sistem proqram təminatının yenilənməsi və patçların yazılması
  • Sistem proqram təminatının işinə dair məsləhətlərin verilməsi
  • Sistem proqram təminatının qəzadan sonra işçi vəziyyətinin bərpa olunması
  • Serverlərdə şəbəkə hücumlarına və viruslara qarşı müdaviə sisteminin qurulması və idarə olunması
  • Məlumatların və sistem proqram təminatının ehtiyat surətlərinin çıxarılması

Xidmət göstərilməzdən əvvəl Sifarişçinin server kompleksində ilkin araşdırma aparılır. Araşdırmanın nəticələrinə əsasən təhlükəsizlik sisteminin təşkili, monitorinq sisteminin quraşdırılması, resurslardan istifadənin optimallaşdırılması və  serverlərin dayanıqlığının artırılması üçün təkliflər hazırlanır və Sifarişçiyə təqdim edilir.

Serverlərin idərə olunması əsasən məsafədən idarəetmə vasitəsi ilə həyata keçirilir. Məsafədən idarəetmə vasitəsi ilə  tam xidmət göstərmək mümkün olmadıqda Sifarişçinin ünvanına İT Administrator göndərilir.