RTX 8630 Handset

RTX8630 VoIP Multicell DECT telefon (trubka)  - parlaq görünüşü və geniş çeşidli funksiyaları ilə, bir neçə mərtəbə arasında və ya böyük binalarda mobil əhatə dairəsi tələb edən müştərilər üçün ideal həldir. Digər VoİP DECT telefonlardan fərqli olaraq RTX8630 telefonu "Handover" funksiyasını dəstəkləyir. Handover (roaming) funksiyası DECT trubkanın bir baza stansiyasının əhatə dairəsindən digər baza stansiyalarının əhatə dairəsinə keçid edərkən, danışığın kəsilmədən davam etməsini təmin edir. 1100mAh LithIon batareya 200 saat gözləmə və 18 saat danışıq müddətini təmin edir. Rəngli və 2.00 düym ölçülü ekranla təchiz edilmiş RTX8630 telefonunun istifadəsi və köklənməsi olduqca asandır.

Handover (roaming) funksiyalı RTX8630 VoIP DECT Multicell telefonunun satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.

Səs imkanları:

  • HD səs üçün G722 kodeki
  • Standart səs üçün G726 kodeki
  • HD səsli speakerphone
  • HAC uyğunluğu (TIA-1083)

Ekran:

  • 2’’ 176 x 220 pikselli rəngli ekran
  • 3 rəngli MWI LED
  • 20 dil seçimi

Klaviatura:

  • Cəmi 27 düymə
  • 3 ədəd proqram düyməsi
  • 3 ədəd istiqamət düyməsi (Mute, Vol+, Vol-)
  • 5 ədəd naviqasiya düyməsi
  • ON, OFF, SpeakerPhone və Menu düymələri
  • Keylock, Voicemail və Silent keys

Qulaqlıq variantları:

  • 3.5mm -lik simli qulaqlıq, Iphone ilə uyğundur 

Zəng imkanları:

  • 6 ədəd zəng melodiyası, 6 səviyyəli
  • Səsin tənzimlənməsi, səssiz zəng
  • Tənzimlənən xəbərdarlıq siqnalları (batareya tükənir, siqnal çox zəifdir)
  • Vibrator

DECT:

  • Tezlik zolaqları: 1880 - 1900MHz (EU) , 1910 – 1930MHz (LATAM), 1910 – 1920MHz (Brazil), 1920 – 1930MHz (US)
  • Əhatə zonası: qapalı məkanda 50 metrə qədər,  açıq məkanda 300 metrə qədər
  • Power levels: 4
  • İki antenna, fast diversity
  • Şifrələmə dəstəkləyir
  • 10 sistem registrasiya

Zəng xüsusiyyətləri:

  • 50 sətrli zəng siyahısı (bütün zənglər, qəbul edilənlər, yığılanlar, cavablandırılmamış zənglər)
  • Sürətli yığım
  • Zəng siyahısından təkrar yığım imkanı
  • Mərkəzi telefon kitabçası (LDAP server və ya XML)
  • Local telefon kitabçası, 100 sətirlik (3 rəqəmli nömrə/Ad)
  • Telefon istifadəsiz olanda ekranda tarix və saat göstərmək imkanı
  • DND (narahat etməyin) imkanı
  • CFU/CFB/CFx imkanı
  • Call Waiting
  • Konfrans zəng

Ölçüləri və çəkisi:

  • Ölçüləri: 140 x 48 x 25mm
  • Çəkisi: 136g

Enerji göstəriciləri:

  • Danışıq müddəti: 18h(NB), 12h(WB)
  • Gözləmə müddəti: 200 saat
  • Batareyanın tipi: 1100mAh LithIon
  • Batareyanın tam dolma müddəti: 5 hours
  • Adapter başlıqları: EU/US/AUS/UK

Ətraf mühit şərtləri:

  • IP20 housing standartına uyğundur
  • İşçi tempratur: -10 ~ 55 ˚C

Etibarlılıq xüsusiyyətləri:

  • Düşmə hündürlüyü: 1.7 metr, döşəmə taxta olarsa 
  • Klaviaturanın ömrü: 100000 sıxılma
  • Klaviaturanın aşınması: 40 RCA dövrü

Sertifikatlar:

  • Radio: EN 301 406
  • EMC: EN 301 489-1, EN 301 489-6
  • Safety: EN 60950-1
  • FCC part 15