Yealink YHS33-USB Qulaqlıq

Yealink YHS33-USB - səsin yüksək keyfiyyətlə (HD formatında) qəbulunu və ötürülməsini, həmçinin əks-sədanın və kənar küylərin boğulmasını təmin edən, Çağrı Mərkəzləri üçün professional qulaqlıqdır. Bu qulaqlığı USB portla təchiz edilmiş bütün Yealink İP telefonlarına, USB port və ya 3.5mm mini-jack yuva ilə təchiz edilmiş kompüterlərə və 3.5mm mini-jack yuva ilə təchiz edilmiş planşetlərə həmçinin telefonlara qoşmaq mümkündür. Qulaqlığın idarəetmə pultundan zəngləri cavablamaq, səsin gurluğunu tənzimləmək və mikrafonu söndürmək mümkündür. 

Yealink YHS33-USB Qulaqlığının - satış, quraşdırma, servis şərtləri həmçinin qiyməti ilə tanış olmaq üçün ZETRON TELEKOM şirkətinə müraciət edə bilərsiniz.


İmkanları

  • USB portla təchiz edilmiş Yealink SIP-T41S, SIP-T42S, SIP-T46S, SIP-T48S, SIP-T52S, SIP-T54S, SIP-T56A, SIP-T58A, SIP-T58V telefonlarına qoşmaq mümkündür 
  • 3.5mm mini-Jack ilə Yealink W60P, W53P, W56H, W53H DECT telefonlarına qoşmaq mümkündür 
  • Yealink  T41S/T42S/T46S/T48S/T52S/T54S telefonlarına qoşulmaq üçün 82 və daha yuxarı versiya proqram təminatından istifadə etmək lazımdır. Yealink T56A/T58A/T58V telefonları üçün proqram təminatının versiyası 80 və daha yuxarı olmalıdır.
  • nar küylərin boğulmasını təmin edən mikrafonla təchiz edilib
  • Yüksək keyfiyyətli HD-səs
  • Mobil telefonlara və kompüterlərə qoşmaq üçün 3.5mm mini-Jack başlıq və USB ilə təchiz edilib. 
  • Daxili işıq diodu ilə təchiz edilib
  • İdarəetmə pultundan zəngləri cavablamaq, səsin gurluğunu tənzimləmək və mikrafonu söndürmək mümkündür. 
  • Möhkəm və etibarlı konstruksiyaya malikdir
  • Həm sağ həm də sol qulaqda istifadə etmək mümkündür.
  • Başlıq hissəsi elastik metaldan hazırlanıb.
  • İstifadəçini güclü akustik zərbələrdən qoruyan "ActiveProtection" sisteminə malikdir.
  • Microsoft Windows® və Apple Mac OS əməliyyat sistemlərini dəstəkləyir

Fiziki xarakteristikaları

  • Mobil telefonlara qoşmaq üçün 3.5mm konnektorla təchiz edilib.
  • A tipli USB konnektor ilə təchiz edilib
  • Kabelin uzunluğu: 3.5mm konnektora qədər - 1.2 metr. İdarəetmə pultundan USB konnektora qədər - 0.9 metr.
  • Dinamikin tezlik diapazonu: 112 Hz -8.5 kHz
  • Dinamikin giriş gücü: 20 mVt adi rejimdə, 80 mVt maksimal yüklənmə rejimində.
  • Dinamikin gücü: 96 dB
  • Mikrafonun həssaslığı: -38.0 dB re. 1 V/Pa.
  • Nominal müqavimət: 90 Оm.

İdarəetmə funksiyaları

  • Zəngin cavablandırılması/Zəngin bitirilməsi
  • Gurluğun tənzimlənməsi
  • Mikrafonun söndürülməsi
  • Sonuncu yığılmış nömrənin təkrar yığılması
  • Sonuncu cavablandırılmış nömrənin təkrar yığılması