Yealink WH66 Mono UC

Yealink WH66 Mono UC - tək dinamiklə təchiz edilmiş premium səviyyəli DECT qulaqlıqdır və bütün Yealink telefonları həmçinin əsas UC platformalarla istifadəsi mümkündür. Super Wideband və Acoustic Shield texnologiyaları kənar səs-küyün qarşısını alır və telefon danışığı və ya video konfrans zamanı əla səs keyfiyyətini təmin edir. Qırmızı-yaşıl sayrışan led indikator qulaqlığın məşğul olub-olmamasını göstərir. Qulaqlıq USB və ya Bluetooth vasitəsilə birbaşa telefonunuza/PC-yə qoşulur və EHS adapterlərinin alınması ehtiyacını aradan qaldırır. Üç ədəd USB3.0 port qulaqlığı eyni anda kompüterə və ip telefona qoşmağa, həmçinin USB xab kimi istifadə etməyə imkan verir. WH66-nın əhatə dairəsi baza stansiyasından 160 metr məsafədədir. Yüngül çəkisi və yumşaq qulaq yastıqları sayəsində cihaz gün ərzində istifadə üçün rahatdır. Qulaqlığın baza stansiyası 4 düym ölçülü və 480x800 pikselli ekranla, daxili spikerfonla və simsiz enerji doldurma stendi ilə (istəyə görə) təchiz edilib.

String Optional